“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,  “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanını “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 422-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə  qərara alıram:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 94, ¹ 11, maddə 1111; 2009, ¹ 4, maddə 226, ¹ 6, maddə 417; 2014, ¹ 10, maddə 1199; 2015, ¹ 3, maddə 273; 2016, ¹ 9, maddə 991) 2.3-1-ci bəndində “və 14-1.2-ci maddəsinin ikinci cümləsində” sözləri  “,14-1.2-ci maddəsinin ikinci cümləsində, 16-1.1-ci və 16-1.4-cü maddələrində” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 2 iyun.- S.5.