İtaliya Respublikasının
Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya
Hörmətli
cənab Prezident,
İtaliya
Respublikasının milli bayramı – Respublika Günü
münasibətilə Sizi və xalqınızı şəxsən
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Azərbaycan
ilə İtaliya arasındakı əlaqələrin
hazırkı səviyyəsi məmnunluq doğurur. Daim
genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz,
müxtəlif sahələrdə qarşılıqlı surətdə
faydalı əməkdaşlığımız ikitərəfli
münasibətlərimizin dinamik və hərtərəfli inkişafının
bariz nümunəsidir.
Əminəm
ki, dostluq münasibətlərimizin möhkəmləndirilməsi,
ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın
müvəffəqiyyətlə davam etdirilməsi
üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost İtaliya xalqına daim
sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 30 may
2017-ci il.