Bakıda ənənəvi Xəzər NeftQaz Beynəlxalq konfransı işə başlayıb

 

İyunun 1-də Bakıda XXIV “Xəzər Neft Qaz-2017” beynəlxalq konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda dünyanın 30 ölkəsini təmsil edən 400-dək nümayəndə iştirak edib. Azərbaycanın dünya enerji bazarında rolu, aparıcı layihələrin cari vəziyyəti strateji inkişaf perspektivləriadlı plenar sessiyada çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, konfrans neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi meydançadır. Neft-qaz ixracatçısı olan Azərbaycan həyata keçirdiyi qlobal əhəmiyyətli layihələr ilə regionun, eləcə Avropa qitəsinin enerji infrastrukturunu dəyişir.

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutanCənub Qaz Dəhlizi onun seqmentləriCənubi Qafqaz boru kəməri, TANAP TAP barədə danışan N.Əliyev deyib ki, 2020-ci ildə Azərbaycanın təbii qaz hasilatı illik 44,5 milyard kubmetrə çatacaq.

“2020-ci ildə SOCAR üzrə təbii qaz hasilatı illik 6,4 milyard kubmetr təşkil edəcək. “Şahdəniz”dən qaz hasilatı ildə 26,1 milyard kubmetr, “Azəri-Çıraq-Günəşliüzrə isə 12 milyard kubmetr olacaq”, - deyə nazir qeyd edib.

“ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endryu Vud isə qeyd edib ki, aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini nüfuzlu ekspertləri vahid müzakirə ətrafında bir araya gətirən neft-qaz konfransı bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün yaxşı imkan yaradır.

Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub.

Azərbaycan bu gün həyata keçirdiyi layihələr ilə qlobal təbii qaz bazarının mühüm iştirakçılarından birinə çevrilir” – deyən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) qaz bazarının təhlili departamentinin rəhbəri Mahjouba Belayfa qeyd edib ki, “Şahdəniz-2” qazının Avropaya nəql edilməsi ilə Azərbaycan qitənin qaz bazarında yeni mənbə yaradacaq. Bu layihələr həm Avropanın enerji infrastrukturunun şaxələndirilməsinə töhfə verəcək.

Rumıniyanın energetika nazirinin müavini Yulian Robert Tudoraçe deyib: “Cənub Qaz Dəhlizilayihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək. Avropa İttifaqı hazırda təbii qaz idxalından asılı vəziyyətə düşür. Ona görə mənbələrin marşrutların şaxələndirilməsi qitə üçün olduqca mühüm əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi Avropanın maraqlarına uyğun layihədir.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə isə bildirib ki, işlənmənin əvvəlindən indiyədək Xəzərin Azərbaycan sektorundakıAzəri”, “Çıraqyataqlarından Günəşli” (AÇG) yatağının dərinsulu hissəsindən 428,4 milyon ton neft 133 milyard kubmetr qaz hasil edilib. O qeyd edib ki, bu vaxtadək layihəyə 42 milyard dollardan çox sərmayə qoyulub.

Konfrans işini müxtəlif sessiyalarla davam etdirib. Əsas operatorlarınonşor” (sahil) ofşor” (dəniz) yataqlarının işlənməsi üzrə planları. Neft-qaz layihələrinin reallaşdırılmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi”, “Azərbaycanda neft emalı neft–kimya sənayelərinin cari vəziyyəti inkişafı”, “Neft qazın Xəzər regionundan diversifikasiyalı nəqli. Azərbaycan - Xəzər regionunun nəqliyyat-logistika qovşağı”, “Kəşfiyyat hasilat əməliyyatları üzrə məsrəflərin optimallaşdırılması səmərəliliyin artırılması üçün qabaqcıl texnologıyaların tətbiqi”, “Kadrların hazırlanmasında rəqəmsal texnologiyaların effektiv rolu”, “Ekoloji sənaye təhlükəsizliyinin təmin edilməsikimi aktual mövzularda diskussiya keçirilib. Dünyanın müxtəlif ölkələrindən 40-dan çox məruzəçi, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması nəqli üzrə əsas məsələlərlə bağlı çıxışlar ediblər. “Caspian Oil&Gassərgisini müşayiət edən konfransda regionun aktual məsələləri müzakirə olunub.

Bu il daimi iştirakçı tərəfdaş olan BP şirkəti Azərbaycanda 25 illik fəaliyyətini qeyd edir. Bu yubileyə konfransın “BP şirkəti-son 25 ildə Azərbaycanın daimi tərəfdaşıadlı xüsusi sessiyası həsr olunub. Konfransı 20 şirkət-sponsor dəstəkləyir. Belə ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Qızıl sponsorlar isə “BP” Petronasşirkətləridir.

İki gün davam edəcək konfrans həmkarlarla ünsiyyət saxlamaq, texnologiya xidmətləri prosesində nümayiş etdirmək faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcək.

 

Azərbaycan.- 2017.- 2 iyun.- S.10.