“Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 655; 2007, ¹ 6, maddə 595; 2009, ¹ 12, maddələr 948, 954, 968; 2011, ¹ 2, maddə 71; 2014, ¹ 10, maddə 1150; 2016, ¹ 6, maddə 1013) 29.4-cü maddəsindən “və sertifikatlaşdırılmasını” sözləri çıxarılsın və aşağıdakı məzmunda 29.4-1-ci və 29.4-2-ci maddələr əlavə edilsin:
“29.4-1. Pestisidlərin və bioloji preparatların sertifikatlaşdırılmasını müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar həyata keçirirlər.
29.4-2. Bu qanunun 29.4-1-ci maddəsində nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 aprel 2017-ci il
Azərbaycan.- 2017.- 3 iyun.- S.3.