Leyla Əliyeva 2 saylı uşaq evinin sakinləri ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 2 saylı uşaq evinin sakinləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, uşaqlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edən Leyla Əliyeva onların dərs ilini uğurla başa vurması barədə danışıb və qarşıda yay istirahəti müddətində asudə vaxtlarının təşkili proqramı ilə maraqlanıb.
Qeyd edək
ki, 2 saylı uşaq evi Heydər Əliyev Fondunun
daim baş çəkdiyi
müəssisələrdən biridir. Bu dəfə uşaq evindən
kənarda təşkil olunan
görüşdə uşaqlar üçün əyləncə proqramı da təşkil edilmişdi.
Leyla Əliyeva uşaqlarla
birlikdə rəqs edib, onlarla
xatirə şəkilləri çəkdirib.
Azərbaycan.-
2017.-3 iyun.- S.5.