qızıl”ın keçmiş şöhrəti qayıdır

 

Bərdə Peşə Liseyinin fəaliyyətə başlamasından 65 il keçir. Gənclərin müxtəlif peşələrə yiyələnməsində, onların dövlət və cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsində məktəbin  böyük rolu olub. Bu təhsil ocağının fəaliyyəti yalnız yerləşdiyi Bərdə rayonunu əhatə etməyib. Zaqatala, Beyləqan, Tərtər, Yevlaxbaşqa rayonlardan olan gənclərin bir çoxu  özlərinə peşə seçərkən Bərdə Peşə Məktəbinə üstünlük veriblər və onların bu seçimdə  səhv etmədiklərini kamil peşə sahibi kimi istehsal prosesində qazandıqları uğurlarla təsdiq ediblər.

Bərdə Peşə Liseyinə Şəmil Şükürov rəhbərlik edir. O, 1980-ci ildə burada istehsalat təlimi ustası kimi fəaliyyətə başlayıb. 2009-cu ildən isə məktəbin direktorudur. Ş.Şükürovla birlikdə siniflərə, emalatxanalara, fənn kabinetlərinə baxdıq, məktəbin maddi-texniki bazası ilə tanış olduq. Söhbət zamanı Şəmil Şükürov dedi:

- Respublika Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanına uyğun olaraq, peşə təhsili  və təliminin inkişafı ölkənin 11 prioritet istiqamətlərindən biri kimi müəyyən edilib, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olunub. Dövlət başçısı qeyri-neft sektorunu, xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək sahəsində qarşıya təxirəsalınmaz vəzifələr qoyub. Belə bir vaxtda rayonların ixtisaslaşması, kənd təsərrüfatında ənənəvi sahələrin bərpası peşə məktəbi olaraq bizim fəaliyyətimizə yeni istiqamət verir, üzərimizə  düşən məsuliyyət yükünü artırır. İndi biz pambıqçı və baramaçı ixtisası üzrə kadr hazırlığına xüsusi diqqət yetiririk. Məktəbdə 414 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 35 müəllim və 21  istehsalat təlimi ustası məşğul olur. Məktəb üzrə 21 qrup fəaliyyət göstərir. Sabahın qurucularına pambıqçı, baramaçı, fermer, dərzi, geniş profilli traktorçu-maşınçı, traktor və avtomobillərin elektrik avadanlıqlarının elektriki, təmirçi-çilingər və başqa peşələr öyrədilir.

Uzun illər məktəb ağır şəraitdə fəaliyyət göstərib. 1992-ci ildən 2015-ci ilədək onun bazasında 240 məcburi köçkün ailəsi məkunlaşmışdı. Məktəbin fəaliyyətini davam etdirməsi üçün daxili imkanlar hesabına çox işlər görülsə də, bu gün tədris binalarının əsaslı təmirinə ciddi ehtiyac var.

Təhsil ocağının pedaqoji kollektivi Prezidentin gənclərin peşə hazırlığı sahəsində qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səy və bacarıqlarını sərf edir, müəyyən uğurlar qazanırlar. Məktəbdə nizam-intizam, ümumi səliqə-sahman qənaətbəxşdir. Eyni zamanda həlli vacib olan problemlər, görülməli işlər də az deyil. Bu gün ən böyük ehtiyac məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Bu reallıqdır ki, artıq sovet dövrünün kənd təsərrüfatı maşın və traktorları istehsalatda nadir hallarda gözə dəyir. Dövlətin qayğısı ilə ölkəmizə çox sayda müasir və yüksək məhsuldarlığa malik kənd təsərrüfatı texnikası gətirilir. “Aqrolizinqbu işi uğurla davam etdirir, maşın-traktor parkları ildən-ilə daha da zənginləşir. Peşə liseyində traktorçu kimi hazırlanan gənc isə demək olar ki, bütün tədris prosesi boyu köhnə traktorlarla məşğul olur. Məktəbi başa vurub istehsalata qədəm qoyanda isə ona təklif olunan yenimüasir traktorla çalışmaqda çətinlik çəkir. Bu vacib şərt peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsində mütləq nəzərə alınmalıdır.

Peşə liseyinin müəllimləri, istehsalat təlimi ustaları ilə söhbətlər maraqlı faktları üzə çıxardı. Sonda məktəbin məzunlarına sürücülük vəsiqəsi verilmir. Peşə məktəblərində ixtisaslar üzrə buraxılış imtahanları keçirilir. Yaxşı olar ki, həmin imtahanların nəticələrinə uyğun olaraq təhsil ocağını bitirib traktorçu ixtisasına yiyələnən məzuna traktoru idarə etmək üçün sürücülük vəsiqəsi də verilsin.

Bərdə Peşə Liseyində sabahın vətənpərvər gəncləri yetişir. Şübhəsiz, “ qızıl”ın şöhrətinin qaytarılmasında bu gənclərin fədakar əməyi, bolluq, firavanlıq arzusu böyük rol oynayacaq.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2017.-3 iyun.- S.7.