Su təsərrüfatı
və meliorasiya işçilərinə “Əməkdar
mühəndis” fəxri adının verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Dadaşov Nazir Müsənnif oğlu
İmaməliyev Xosrov Vəli oğlu
Quliyev Rasim Kamil oğlu
Qurbanov Vaqif Ağayar oğlu
Mansurov Əhliman Cəlil oğlu
Rəsulov İbrahim Əsəd oğlu
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 iyun 2017-ci il