Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli
1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları
dövründə fiziki şəxslər
tərəfindən Azərbaycan Respublikasının ərazisində
alınmış istehsal, yaxud
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə
ödənilmiş əlavə dəyər vergisinin
qaytarılması Qaydası”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 196, ¹ 4, maddə 549) ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 6.2-ci bəndinin birinci cümləsində “5.4-cü” sözləri “5.5-ci” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 iyun 2017-ci il