“Xidməti və
mülki silah haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 137; 2002, ¹ 12, maddə 701; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 3, maddə 133, ¹ 7, maddə 505, ¹ 10, maddə 762, ¹ 11, maddə 902; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 11, maddə 1053; 2008, ¹ 7, maddə 602; 2013, ¹ 7, maddə 794; 2016, ¹ 1, maddə 20) 5-ci maddəsinin dördüncü hissəsində “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə, “verir” sözü “verirlər” sözü ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel
2017-ci il
Azərbaycan.- 2017.- 7 iyun.- S.
2.