“Ölçmələrin
vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 778; 2014, ¹ 10, maddə 1163) aşağıdakı dəyişikliklər edilsin:
1.4.0.5-ci maddədə “təmin etmək” sözləri “təşkil etmək” sözləri ilə əvəz edilsin.
2.18.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18.2. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 aprel 2017-ci il