Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri.
28 May - Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz arasında qarşılıqlı maraqların nəzərə alınması ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və genişləndirilməsi Əfqanıstan üçün vacib məsələlərdəndir.
Mən Azərbaycan ilə Əfqanıstan arasındakı mövcud dostluq əlaqələrindən razılığımı bildirir və bu xoş fürsətdən istifadə edərək qardaş xalqlarımızın münasibətlərinin daha da dərinləşməsini və möhkəmlənməsini arzulayıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzu edirəm.
Hörmətlə,
Məhəmməd
Əşrəf Qani
Əfqanıstan
İslam Respublikasının Prezidenti