Azərbaycan qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçib

 

Dövlətin sahibkarlığa göstərdiyi diqqət beynəlxalq miqyasda təqdir olunur

 

Qlobal miqyasda baş verən iqtisadi böhrandan Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan dövlətdir. Cari ilin beş ayının sosial iqtisadi qiymətləndirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğruldub. Əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb. Ötən dövrün pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən iddiaların əsassızlığını tam sübuta yetirir.

Uğurla həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun inkişafı davam edib. Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılmasının, infrastrukturun yeniləşdirilməsinin, regionların tarazlı davamlı inkişafının digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən Prezident İlham Əliyev ötən müddətdə özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir. Beynəlxalq təşkilatların vaxtaşırı açıqladıqları hesabatlarda Azərbaycanın müsbət yer alması ölkə iqtisadiyyatının dayanıqlı potensialını nümayiş etdirir. İnkişafda olan ölkələr arasında reytinqə görə Azərbaycanın ilk yerlərdən birini tutması da deyilənlərə əyani misaldır.

Qeyri-neft sektorunun davamlı inkişafı, sahibkarlığa göstərilən diqqət beynəlxalq miqyasda təqdir olunur. Bir müddət əvvəl Azərbaycan ABŞ-ın www.usnews.com portalının Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sorğunun nəticələrinə görə, dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb. Reytinqdə ölkələr turizm sektorunun inkişafı, innovasiyalar, mədəniyyət, iqtisadi artım, əlverişli biznes mühiti tarixi irs meyarları üzrə seçilib. Dünyanın 36 ölkəsində 20 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycan ən yaxşı 80 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pilləni tutub. Hesabata əsasən, Azərbaycan dünyada üç daha çox islahat aparan 29 ölkədən biridir.

Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirdiyi rəsmi qəbulda bu barədə bildirib: “Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliyinə görə dünyada 37-ci yerdədir. Baxmayaraq ki, beynəlxalq maliyyə böhranı bizə təsir etdi. Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi, təbii ki, gəlirlərimizə mənfi təsir etdi. Artıq Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətə adaptasiya olundu, milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir. Bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıbdır. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artmışdır.

Azərbaycanda bugünkü maliyyə iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən bu il, gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il artıbdır. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər”.

Azərbaycan bu gün qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, respublikamızın xammal ixrac edən respublikadan elmtutumlu sənaye informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Xüsusən regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini ön plana çıxarmış bu istiqamətdə müəyyən addımlar atılmışdır.

Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir Qaradağ sənaye parklarında, Pirallahı Mingəçevir Yüksək Texnologiyalar parklarında, Neftçala Sənaye Məhəlləsində müvafiq işlərin görülməsi davam etdirilir. Yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları məhəllələrinin yaradılması mühüm istiqamət kimi götürülüb.

Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə ixracın, o cümlədən geri ödəmə dəstəyinin verilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat patentlərin alınması istiqamətində işlər görülür. İqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir.

İqtisadi dayanıqlılığın təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcək.

Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ hüquqi, təşkilati maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Sahibkarlığın inkişafı, bu istiqamətdə əlverişli şəraitin yaradılması məqsədilə ölkə başçısının müvafiq fərmanlarına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyədək verilmiş qüvvədə olan lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Eyni zamandaLisenziyalar icazələr haqqındaqanun qəbul edilmişdir ki, həmin qanuna əsasən sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilmişdir.

Ötən müddətdə ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunmuş, onun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil etmiş, rəqabətqabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişləndirilmişdir. Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalının və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə 18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin məqsədyönlülüyündən xəbər verir. Qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradacaq.

Sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisarkorrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi adamları tərəfindən də razılıqla qarşılanır.

Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi altında son on dörd ildə Azərbaycan özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıdıb.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 7 iyun.- S.1; 5.