B.H.Rzayevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Balababa Hüseynağa oğlu Rzayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.- 10 iyun.- S. 1.