Türkiyə Prezidenti Azərbaycan
Prezidentinə telefonla zəng edib
İyunun
9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə telefonla zəng edib.
Türkiyə
Prezidenti Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı
ilə bağlı Prezident İlham Əliyevə və mərhumun
yaxınlarına dərin hüznlə
başsağlığı verib.
Prezident
İlham Əliyev başsağlığına görə
minnətdarlığını bildirib.
Dövlət
başçıları Natiq Əliyevin Türkiyə-Azərbaycan
əlaqələrinin inkişafında mühüm rol
oynadığını qeyd edib, onun Azərbaycanın enerji
siyasətinin icrasında, habelə Bakı-Tbilisi-Ceyhan, TANAP
layihələrinin həyata keçirilməsində xidmətlərini
yüksək qiymətləndiriblər.
Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan
əlaqələrinin müxtəlif aspektləri müzakirə
olunub, ölkələrimiz arasında dostluq və
qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi
məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.