Rusiya Federasiyasının Prezidenti
Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli
Vladimir Vladimiroviç.
Dövlət
bayramınız – Rusiya Günü münasibətilə səmimi
təbriklərimi və xoş arzularımı qəbul edin.
Bu gün
Rusiya Federasiyası ictimai-siyasi və sosial-iqtisadi sahələrdə
böyük uğurlar qazanıb. Həyata keçirilən
dövlətdaxili dəyişikliklər, habelə xarici siyasət
sahəsində atılmış addımlar sabitliyə,
sıx birləşmiş cəmiyyətin
formalaşmasına, beynəlxalq aləmdə Rusiyanın
mövqeyinin və nüfuzunun möhkəmlənməsinə
kömək edib.
Azərbaycan
ilə Rusiyanı çoxəsrlik dostluq və
qarşılıqlı hörmət ənənələri
bağlayır. Bu xoş ənənələrə əsaslanan
Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri
hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir.
Əmin
olduğumu bildirirəm ki, biz xalqlarımızın
maraqları, regionda sülhün, mehriban qonşuluğun və
sabitliyin təmin edilməsi naminə strateji tərəfdaşlığı
bundan sonra da birgə səylərimizlə möhkəmlədəcək
və müxtəlif sahələrdə
qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirəcəyik.
Hörmətli
Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə
möhkəm cansağlığı, uğurlar, dost Rusiya
xalqına isə sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 9 iyun
2017-ci il.