Azərbaycan-Estoniya əlaqələrinin
inkişafı üçün geniş potensial var
Azərbaycan
və Estoniya arasında informasiya və kommunikasiya
texnologiyaları və elektron hökumət sahəsində
uğurlu əməkdaşlıq mövcuddur. Ölkəmizdə
tikinti, ticarət və xidmət sahələrində 10-dan
artıq Estoniya şirkəti fəaliyyət göstərir.
AZƏRTAC
xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov iyunun 12-də estoniyalı həmkarı
Sven Mikserlə görüşdə bildirib.
Görüşdə
iki ölkə arasında münasibətlərin
hazırkı səviyyəsindən məmnunluq ifadə
edilib, tərəflər arasında siyasi dialoqun davamlı
şəkildə aparılmasının və yüksək səviyyəli
mütəmadi qarşılıqlı səfərlərin və
görüşlərin keçirilməsinin mühüm əhəmiyyət
kəsb etdiyi vurğulanıb.
Nazirlər
2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 25 illiyinin qeyd edildiyini, bununla əlaqədar
məktub mübadiləsi həyata keçirdiklərini
xatırladıblar. Tərəflər son illər ikitərəfli
əməkdaşlıqda müsbət dinamikanı təqdir
edərək, əlaqələri daha da inkişaf etdirmək
üçün müqavilə-hüquq bazasının
genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə,
həmçinin iki ölkə arasında nəqliyyat sahəsində
də əməkdaşlıq üçün geniş
imkanların olduğu bildirilib. Həmçinin təhsil və
turizm sahəsində əməkdaşlıq üçün
mövcud olan geniş potensialdan düzgün istifadə
olunmasının vacibliyi qeyd edilib.
Elmar Məmmədyarov
həmkarını Ermənistan-Azərbaycan münaqişəsinin
həlli üzrə danışıqlar prosesinin cari statusu barədə
məlumatlandırıb. O, Azərbaycanın ədalətli
mövqeyini dəstəklədiyinə görə Estoniya tərəfinə
təşəkkürünü çatdırıb.
Nazirlər,
həmçinin Avropa İttifaqı ilə Azərbaycan
arasında münasibətlər, Şərq Tərəfdaşlığı
layihəsi, o cümlədən Şərq Tərəfdaşlığı
ölkələrinin qarşıdan gələn sammiti, Azərbaycan
və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq
sazişi barədə geniş fikir mübadiləsi
aparıblar.
Görüşdən
sonra nazirlər müzakirə olunan məsələlərlə
bağlı birgə mətbuat konfransı keçiriblər.
Azərbaycan.- 2017.- 13 iyun.- S. 2.