AŞPA Azərbaycan ilə əməkdaşlığın
daha da inkişaf etdirilməsində maraqlıdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də
Avropa Şurası Parlament Assambleyasının (AŞPA)
Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar
Florin Predanı və Stefan Şennakı qəbul edib.
AZƏRTAC
xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri
səfər çərçivəsində Bakıda
keçirəcəkləri görüşlər barədə
dövlətimizin başçısına məlumat verdilər.
Görüşdə
Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası
arasında əməkdaşlığın hazırkı vəziyyəti
və perspektivləri ilə bağlı məsələlər
müzakirə olundu, əməkdaşlıq əlaqələrinin
daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir
mübadiləsi aparıldı.