14 iyun
Ümumdünya Qan Donoru Günüdür
Ən böyük
xeyirxahlıqlardan biri
ağır vəziyyətə
düşənlərə yardım göstərmək,
öləziyən ümidləri
sönməyə qoymamaqdır. Onların da
sayəsində hər
gün neçə-neçə
insanın yaşamaq sevinci özünə qaytarılır. Milyonlarla
adam sağ
qaldığı üçün
tanımaqdıları, adını
belə bilmədikləri
bu qəhrəmanlara borcludur. 14 iyun
məhz onların - qanlarını heç bir qarşılıq gözləmədən bağışlayan
donorların günüdür.
Bu gün üçün
seçilən tarix də təsadüfi deyil. Belə ki, iyunun
14-ü ABO sistemi üzrə
qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı
Karl Landsteynerin doğum
günüdür.
2005-ci ilin mayında
Ümumdünya Səhiyyə
Təşkilatının Assambleyası
könüllü qan donorluğunu dəstəkləyən
bəyanat qəbul edib. Bəyanatda hər ilin
14 iyununun bütün
dünyada Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb.
Qərar Ümumdünya
Səhiyyə Təşkilatı,
Beynəlxalq Qırmızı
Xaç və Qızıl Aypara Cəmiyyəti və digər təşkilat və qurumlar tərəfindən dəstəklənir.
Beynəlxalq Qan Donoru Gününün
qeyd olunmasında məqsəd ictimaiyyətin
diqqətini insanlığın
təhlükəsiz qan
və qan komponentlərinə olan tələbatı məsələsinə
cəlb etmək, qan verməklə insanların həyatını
xilas edən donorlara minnətdarlıq bildirməkdir.
Mütəxəssislər donor qanını planlı müalicədə olduğu
kimi, təxirəsalınmaz
yardım zamanı da çox qiymətli
vasitə hesab edirlər. Belə ki, orqanizmə
qan köçürülməsi
ilə təhlükəli
xəstəlikləri olanların
həyat keyfiyyəti yüksəlir, ömrü
uzanır. Həmçinin mamalıq və perinatal yardımın göstərilməsində də
vacib rol oynayır. Qan köçürülməsi təxirəsalınmaz tibbi
yardımın ayrılmaz
hissəsi sayılır.
Təbii
fəlakət, qəza,
silahlı konfliktlər
və digər fövqəladə hallar şəraitində yaralıların
müalicəsində olduqca
əhəmiyyətlidir.
Fövqəladə hadisələr hər
il milyonlarla
əhalinin sağlamlığına
və həyatına təhlükə törədir.
Qəza və fəlakətlər
nəticəsində son dövrlər
bir milyondan artıq insan dünyasını dəyişib.
Təbii
fəlakətlər - zəlzələ,
sel, daşqın, tufan təxirəsalınmaz
tibbi yardıma olan tələbatı xüsusi ilə artırır.
Səhiyyə Nazirliyinin məlumatında
qeyd olunduğu kimi, pasiyentləri kifayət həcmdə
donor qanı və qan məhsulları ilə təmin edən qan xidməti
səhiyyənin effektiv
sisteminin əsas tərkib hissələrindən
biridir. Təhlükəsiz donor qanı ehtiyatlarının
təminatı könüllü,
təmənnasız və
milli səviyyədə
əlaqələndirilən qan xidmətinin yaradılmasını tələb
edir. Ancaq bir çox
ölkələrdə donor qanının keyfiyyəti
və təhlükəsizliyinin,
lazım olan ehtiyatın təmin olunmasında çətinliklər
var.
Qeyd edək
ki, fövqəladə
hallar zamanı qan köçürülməsinə
tələbat artsa da, onun həyata
keçirilməsi mürəkkəbdir. Səhiyyə Nazirliyinin məlumatında
bildirilir ki, bütün əhalinin cəlb edilməsi ilə donor qanının kifayət qədər ehtiyatını formalaşdırmaqla
bu problemi aradan qaldrmaq mümkündür. Ona görə
də builki kampaniyanın əsas mövzusu fövqəladə
hallar zamanı qan donorluğu olub. 2017-ci ildə seçilən şüar
sual formasındadır:
“Siz nə ilə kömək edə bilərsiz?” Digər şüar isə belədir: “Qan verin. Qanı indi
verin. Qanı tez-tez verin”.
Kampaniya fövqəladə hallar zamanı ayrı-ayrılıqda
hər kəsin qan verməklə başqalarına yardım
göstərməkdə oynadığı
rolu bir daha diqqətə çatdırır və
dəyərləndirir. Həmçinin kampaniya aparılmasında
məqsəd hər hansı fövqəladə
hallar baş verdiyi zaman lazım
olan donor qanı ehtiyatını formalaşdırmaq
üçün müntəzəm
qan verilməsinin nə qədər vacib olduğuna diqqəti çəkməkdir.
Qeyd edək
ki, artıq neçə illərdir qan xidmətinin təkmilləşdirilməsinə Azərbaycanda dövlət
səviyyəsində xüsusi
diqqət göstərilir. Bu sahədə xeyli işlər həyata keçirilib. 2005-ci ilin mayında ölkə Prezidenti Milli Məclisdə qəbul edilmiş “Qanın, qan komponentlərinin donorluğu
və qan xidməti haqqında” qanun imzalayıb. 2006-cı ildə Nazirlər Kabineti tərəfindən “Qanın,
qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair”
(2006-2010-cu illər) dövlət
proqramı təsdiq olunub. Səhiyyə Nazirliyinin “2011-2015-ci illər
üçün qanın,
qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının
həyata keçirilməsi”
və “Qan xidməti müəssisələrinin
şəbəkəsinin optimallaşdırılması
və fəaliyyətinin
təkmilləşdirilməsi” barədə əmrləri
də donor qanına tələbatın ödənilməsinə
yönəlib.
Artıq 2016-2020-ci illəri əhatə edən 3-cü dövlət proqramı yerinə yetirilməkdədir. Qan xidməti müəssisələrinin dövlət proqramları çərçivəsində vacib avadanlıqlar, qan tədarükü üçün konteynerlər və qan testlərinin aparılmasına lazım olan reaktivlərlə təmin edilməsi məsələləri həllini tapıb, eləcə də qan xidməti şəbəkəsi, onun fəaliyyəti modernləşdirilib və optimallaşdırılıb. Həyata keçirilən işlərin nəticəsində donorların sayı əvvəlki illərlə müqayisədə dörd dəfə artıb. Təqdirəlayiqdir ki, bu işə bütün donorlar könüllü və təmənnasız olaraq qoşulurlar. Heydər Əliyev Fondunun çağırışlarına əsasən, könüllü qanvermə aksiyaları təkcə paytaxtın deyil, ölkəmizin bölgələrinin müəssisə və təşkilatlarında da təşkil edilir.
Səhiyyə Nazirliyindən bildirilib ki, fövqəladə vəziyyətlərdə zərərçəkənlərin qan məhsulları ilə təmin edilməsi üçün lazım olan ehtiyatlar toplanılıb: “Ehtiyacı olan bütün xəstələrin və fövqəladə vəziyyətlər zamanı zərərçəkənlərin qan komponentləri ilə təmin edilməsi üçün daha çox vətəndaşın donorlar sırasına qoşulması sahəsində aparılan işləri davam etdirmək lazımdır. Bu elə bir faydalı və gərəkli işdir ki, burada problemlər olmamalıdır, çünki onun arxasında xalqımıza mərhəmət, insansevərlik hissləri, başqasının ağrısına yanmaq, lazım gələndə həmişə kömək əli uzatmaq kimi insani hisslər dayanır”.
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələrini müalicə məqsədləri üçün qan komponentləri ilə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı təmin edır. Həmçinin rayonlarda mərkəzi qan bankının bölmələri fəaliyyət göstərir. Rayonlararası qanköçürmə mərkəzləri və iri regional qanköçürmə şöbələrinin bazasında ET Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının 8 filialı təşkil edilib. Nəticədə donor qanının tədarükü, işlənilməsi, saxlanılması və bölüşdürülməsi Mərkəzi Qan Bankında və bankın Gəncə, Şəki, Quba, Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran şəhərində fəaliyyət göstərən 8 bölməsində, Respublika Klinik Xəstəxanasının, Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzinin, Kliniki Tibbi Mərkəzin və 3 nömrəli Şəhər Klinik Xəstəxananın, Mərkəzi Klinik Xəstəxananın, Mərkəzi Neftçilər Xəstəxanasının, Mərkəzi Gömrük Hospitalının və Naxçıvan Diaqnostika Mərkəzinin qanköçürmə şöbələrində həyata keçirilir.
Qan xidmətinin inkişafı cərrahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmatologiya və digər sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın uğurla həyata keçirilməsində mühüm rol oynayır. Qeyd etdiyimiz kimi, fövqəladə vəziyyətlərdə kütləvi surətdə yaralı və zərərçəkənlər olduğu vaxt qan xidmətinin əhəmiyyəti daha da artır.
Respublikamızda yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı yüksəldir.
Ümumiyyətlə, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Təcrübəyə əsaslanan mütəxəssislər qeyd edirlər ki, ən təhlükəsiz olan könüllü təmənnasız donorların qanıdır. Yaşatmaq üçün qan vermək ən böyük savabdır.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.- 2017.-14 iyun.- S. 7.