Qurtuluşdan
başlanan milli intibah
Ulu öndər
Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı nəticəsində
Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi
təmin olundu
Tarixdə izləri olan şəxsiyyətlərimizin
istər dövlətçilik ənənələrimizin
yaradılması və inkişafı, istərsə də Azərbaycan
mədəniyyətinin intibahı ilə bağlı xidmətləri
fəxarət və qürur mənbəyimizdir.
Bu dühalar insan
ömrünün zaman adlı sədlərini dəf edərək
əbədiyasarlıq hüququ qazanıblar. Dahilərimizin arasında
ümummilli lider kimi ucalıq zirvəsinə çatan
yalnız bir nəfər var ki, o da şərəfli və mənalı
ömrünü Azərbaycan xalqının nicatına, milli
dövlətçiliyinin dirçəlməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına həsr edən
Heydər Əliyevdir.
Bu böyük şəxsiyyət
həyatı boyu fəaliyyət göstərdiyi hər bir vəzifədə,
ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə
xalqımızın və dövlətimizin mənafeləri
üçün çalışmış, onu hər
şeydən uca tutmuş, Azərbaycanın inkişafı
naminə misilsiz işlər görmüşdür. Heydər
Əliyevin ölkəmizə istər sovet illərində, istərsə
də müstəqillik dövründə rəhbərliyə
gəlişini Azərbaycanda intibahın
başlanğıcı kimi səciyyələndirmək olar.
Birinci dəfə ulu öndər Azərbaycanı
sovetlər birliyinin inkişaf etmiş sənaye-aqrar
respublikasına çevirdi, gələcək müstəqilliyimizin
əsaslarını formalaşdırdı.
1993-cü ildə isə Heydər
Əliyev xilaskarlıq missiyasını üzərinə
götürdü, özünün böyük əsəri
olan müasir və müstəqil Azərbaycan dövlətini
qurdu. O
dövrdə Azərbaycanda cərəyan edən xaotik proseslər
təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan
bir rəhbər ölkəni bütün təhlükələrdən
qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi
ağır bir missiyanın öhdəsindən gələ bilər.
Bu lider isə Heydər Əliyev idi. Bu
baxımdan 1993-cü ildə dövlət idarəçiliyindəki
kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır
sosial-iqtisadi gərginliyin pik həddinə
çatdığı, ölkə vətəndaş
müharibəsi təhlükəsi ilə üz-üzə
qaldığı, cəbhədə torpaqlarımızın
itirildiyi, bir sözlə, Azərbaycan dağılmaq və parçalanmaq
təhlükəsi ilə üzləşdiyi vaxtda
xalqımızın böyük oğlu, həyatı və
mübarizəsi üçün ümummilli liderlik
missiyası xarakterik olan Heydər Əliyevə üz
tutması təsadüfi deyildi. Çünki
ölkədəki hərc-mərcliyi, itaətsizliyi,
anarxiyanı, siyasi çəkişmələri, Gəncədə
başlanmış qardaş qırğınını, hərbi
xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya
yürüşünü yalnız o böyük insan aradan
qaldıra bilərdi. O zaman vəziyyəti düzgün
qiymətləndirən xalqın qərarı ölkə rəhbərliyinə
Heydər Əliyevin gəlməsi idi. Bu məqsədlə
ulu öndərə məktublar, teleqramlar göndərilirdi.
Bu müraciətlər maddi-mənəvi
iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən
çıxış yolu deyil, həm də dövlətçiliyimizin
yaşaması üçün qəbul edilən tarixi bir xalq
qərarı idi.
İflasa uğrayan
AXC-Müsavat iqtidarı da vəziyyətdən
çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət
edilməsində görürdü. Hansı ki buna qədər
özlərinə əsas təhlükə, qorxulu rəqib
kimi xalqın içərisində böyük hörməti
və nüfuzu olan Heydər Əliyevi hesab edir və onu necə
sıradan çıxarmaq barədə düşünürdülər.
Bu niyyətin gerçəkləşməsi
üçün hətta 1992-ci ildə Heydər Əliyevi
Naxçıvan Ali Məclisinin Sədri vəzifəsindən
devirməyə cəhd etmişdilər.
Dövlətçiliyimizin
müqəddəratının həll olunduğu məqamda
ulu öndər Heydər Əliyevin Bakıya gəlişi
respublika əhalisində böyük ümidlər yaratdı. Heydər Əliyevin
1993-cü il iyunun 9-da xalqın təkidli
istəyinə səs verərək Bakıya qayıtması
onun nə qədər qətiyyətli, prinsipial, heç bir
riskdən çəkinməyən, dövlətinin taleyinə
biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir.
Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm
sürdüyü, qanunsuz silahlı dəstələrin at
oynatdığı, düşmənlə mübarizə apara
biləcək nizami ordunun olmadığı, ərazilərinin
işğalının gündən-günə genişləndiyi,
bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi,
beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir
vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini
qısa zamanda dəyişmək, normal məcrasına salmaq
böyük siyasət və müdriklik tələb edirdi.
Bakıya gəldikdən sonra isə
parlamentə sədr seçilmək barədə iqtidarın
və deputatların xahişini qəbul etməyən Heydər
Əliyev ilk növbədə Gəncədə
yaranmış vəziyyətlə tanış
olmaq üçün ora yola düşdü, döyüş
meydanına çevrilmiş hərbi hissələrin ərazisini
gəzdi. Dahi siyasətçinin şəhərə
gəlişi əhalidə gələcəyə böyük
inam yaratdı. Şəhər sakinləri,
hərbi qulluqçularla görüşüb söhbət
etdi.
Ulu öndər Heydər Əliyev
sonralar həmin vaxtları xatırlayaraq deyirdi: “1993-cü ilin
iyun ayında Azərbaycanda böyük dövlət
böhranı yarandı. Azərbaycan
dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni
idarə edə bilmədi. Gəncədə toqquşma
baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın
ərazisinin, demək olar ki, yarısından çoxunda
hakimiyyəti öz əlinə aldı. Vaxtilə
məni təqib edən, Naxçıvanda məni devirmək,
məni Azərbaycandan sıxışdırıb
çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir
zamanda əlacsız qaldı və mənə müraciət
etdi. Ancaq ondan əvvəl mənə
müraciət edənlər bizim partiyanın üzvləri,
Azərbaycanın müxtəlif təbəqələrinin
nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
1993-cü il iyunun
15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri
seçildi. Beləliklə, xalqın tələbi
ilə hakimiyyətə qayıdan ulu öndər
xilaskarlıq missiyasını həyata keçirməyə
başladı. 1993-cü ilin iyununda bir tərəfdən
erməni hərbi birləşmələri
hücumlarını, bir tərəfdən Azərbaycanı
parçalamaq istəyən separatçı qruplar öz fəaliyyətlərini
genişləndirir, digər yandan vətəndaş
qarşıdurması şiddətlənirdi. Ölkənin bu vəziyyətə
salınmasında birbaşa günahkar olan Ə.Elçibəy
isə vəzifəsini tərk edərək Kələkiyə
çəkilmişdi. Belə bir dövrdə
Ali Sovetə Sədr seçilən Heydər Əliyevin
qarşısında olduqca ağır və gərgin vəzifələr
dururdu.
Lakin Heydər Əliyevin qətiyyətinin,
xarizmasının, siyasi uzaqgörənliyinin
qarşısında aradan qaldırılması mümkün
olmayan məsələ yox idi. Bu mənada 1993-cü
ildən sonra cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər,
bütün sahələrdə inkişafa doğru
dönüş yaradılması həqiqətən də
ölkəmizə milli mənafelərimizi əldə rəhbər
tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin
rəhbərlik etməsindən xəbər verirdi. O
siyasətçidən ki üzləşdiyi çətinliklərə,
maneələrə, dövlət çevrilişi cəhdlərinə
baxmayaraq, Azərbaycanı parçalanmaqdan, vətəndaş
müharibəsindən qurtardı.
Ulu öndər Heydər Əliyevin
1993-cü il iyunun 15-də Ali Sovetin Sədri
seçilməsi onun sadəcə hakimiyyətə
qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq
tarixidir. Bu məqam Heydər Əliyev
ömrünün mənalı, əzəmətli tarixi
olduğu kimi, həm də Heydər Əliyevlə Azərbaycan
xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi
təcəssümüdür.
Heydər Əliyevin Prezident
seçilməsi, onun yaratdığı Yeni Azərbaycan
Partiyasının iqtidara gəlməsi isə respublikada tamamilə
yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar
edilməsinə, nəhayət, ümumxalq maraqlarının
gerçəkləşməsinə xidmət edən proseslərin
start götürməsinə səbəb oldu, xalqın
özünə inamını, sabaha nikbin
baxışlarını bərpa etdi, dövlətçiliyimizin
əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını
qoydu. Azərbaycan yalnız Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışından sonra
özünün geosiyasi imkanlarını gerçəkləşdirə
bildi. Azərbaycan beynəlxalq aləmdən
təcrid olunmaq təhlükəsindən sovuşdu, dünya
dövlətləri arasında özünə layiqli yer
qazandı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni
həyatında dönüş yarandı, sivil və
hüquqi dövlət quruculuğunun əsası qoyuldu.
15 iyun - Milli Qurtuluş Gününün hər il ölkədə bayram kimi qeyd olunması da xalqımızın arzu və istəyindən irəli gəlir. Çünki məhz 1993-cü il iyunun 15-dən etibarən Azərbaycanın taleyində tamamilə yeni bir səhifə başlandı. Ümummilli liderin rəhbərliyi altında ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, cəb-hədə hər gün onlarla gənc hərbçinin qanının tökülməsinə son qoyuldu. Ölkəmiz tərəqqi və yüksəliş yoluna qədəm qoydu.
Beləliklə, XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün oldu. Ulu öndər öz əməlləri, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı.
Hər kəsin birmənalı olaraq qəbul etdiyi reallıq ondan ibarətdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyimiz problemlərin aradan qaldırılması, ən əsası, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinin təmin olunması və bütün sahələrdə vüsət alan inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkəyə rəhbərliyi sayəsində mümkün oldu. Bu gün isə Heydər Əliyevin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan ulu öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Ulu öndərin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan bir dövləti kimi nüfuzunu artırır.
Hazırda Prezident İlham Əliyev təkcə Cənubi Qafqazda və yaxın regionda deyil, bütün dünyada tanınan, seçilən və qəbul edilən siyasi liderlərdəndir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 14 ilə yaxın dövr ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə kompleks inkişaf edib, beynəlxalq nüfuzu yüksəlib, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib. Beləliklə, Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2017.-15 iyun.- S.1;13.