Azərbaycan Prezidentinin
bərpa etdirdiyi Cocuq
Mərcanlı qürətli dövlətçiliyin, milli inkişafın və hərbi quruculuğun mükəmməl təcəssümünə
çevrildi
Böyük Qayıdışın ilk yolu
Böyük Qayıdışın başlanğıcı
olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb.
AZƏRTAC xəbər verir ki, iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.
Ermənistan
silahlı qüvvələri tərəfindən
dağıdılan, lakin ordumuzun
şücaəti sayəsində azad edilən,
dövlətimizin başçısının xüsusi diqqəti sayəsində qısa
müddətdə yenidən qurulan bu kənd indi öz möhtəşəmliyi ilə diqqət
çəkir.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələrək Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən ümummilli lider Heydər Əliyev tezliklə ölkədəki ağır vəziyyəti nəzarətə götürdü, ordu quruculuğu istiqamətində əhəmiyyətli addımlar atdı. Məhz Ulu Öndərin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna ötən ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. 2016-cı ilin noyabrında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən işğal altında qalan torpaqlarımıza qayıdacağımıza bir daha əminlik yaratdı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi. Bununla da kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işlərinin birinci mərhələsi artıq başa çatıb və Cocuq Mərcanlı öz sakinlərini qəbul etməyə hazırdır. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri yeni salınan kənd yolunun açılışını etdi
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov
dövlət başçısına məlumat verdi ki, yolun ümumi uzunluğu 9 kilometr,
eni 12 metrdir. İki hərəkət zolaqlı yolun tikintisi
Prezident İlham Əliyevin bu ilin fevralında
imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndinə gedən avtomobil yolunun tikitisi ilə
bağlı əlavə təbirlər haqqına” sərəncamına
əsasən həyata keçirilib. Strateji əhəmiyyəti
ilə seçilən bu yolun inşası zamanı zəriri
olan yerlərdə su keçidləri tikilib. Uzunluğu 24 metr
olan ikiaşırımlı mövcud körpü bərpa
edilib. Yol üzərində 76 yol nişanı və məlimatverici
lövhələr quraşıdırılıb, piyada
zolaqları, yol cizgi və yolgöstərici xətləri
çəkilib.
Sonra dövlət
başçısı yeni salınmış yolun rəmzi
açılışını bildirən lenti kəsdi.
Sona xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2017.- 15 iyun.- S. 1-2.