İlham
Əliyev Qurtuluş salnaməsinin növbəti möhtəşəm
uğuruna imza atdı
Prezidentin
Cocuq Mərcanlıda ucaltdığı məscidin
Şuşada da inşa ediləcəyi gün uzaqda deyil
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi, həmçinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfədir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev məsciddə yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinə Qurani-Kərim
hədiyyə edildi.
Dövlətimizin başçısına məlumat
verildi ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü
26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən
sayılan tarixi Şuşa məscidinin
bənzəri olan bu dini ibadətgahda
dindarlar üçün
hər cür şərait yaradılıb.
Bütün bunlar göstərir
ki, Prezident İlham Əliyev ölkədə milli-mənəvi
dəyərlərin qorunub
saxlanmasında müstəsna
xidmətlər göstərir.
Dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı
rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini
nəzərə alaraq
ölkədəki dini
ibadətgahların qorunmasında,
onların gələcək
nəsillərə çatdırılmasında
əsl fədakarlıq
nümayiş etdirir.
Məscidlə
tanışlıq zamanı xatirə şəkilləri
çəkdirildi.
Azərbaycan.-
2017.- 15 iyun.- S.4.