Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Malta xalqı adından və şəxsən öz adımdan ürəkdən gələn salamlarımı və təbriklərimi böyük məmnuniyyətlə çatdırıram.
Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə davamlı inkişaf arzu edirəm. Əminəm ki, ölkələrimiz arasında mövcud olan mükəmməl əlaqələrimiz daha da inkişaf edəcəkdir.
Hörmətlə,
Mari-Luiz Koleyro Preka
Maltanın Prezidenti
Azərbaycan.
- 2017.-15 iyun.- S.4.