Azərbaycan Dillər
Universitetinin yenidən
təşkili haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Dillər Universiteti Azərbaycan Respublikası
Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dillər Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. bu
sərəncamın 1-ci hissəsində
nəzərdə tutulmuş
publik hüquqi şəxsin nizamnaməsinin
layihəsini və təsisçisinin səlahiyyətlərini
həyata keçirənlər
barəsində təkliflərini
iki ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına
dair təkliflərini
hazırlayıb üç
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.5. bu
sərəncamdan irəli
gələn digər məsələləri həll
etsin.
3. Bu sərəncamın
1-ci hissəsində nəzərdə
tutulmuş publik hüquqi şəxs “Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatına alındığı
günədək Azərbaycan
Dillər Universiteti öz fəaliyyətini davam etdirsin.
4. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 iyun 2017-ci il
Azərbaycan.- 2017.-17 iyun.-
S.2.