Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti
arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2016-cı il dekabrın
13-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1261 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu”na əsasən qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Komissiyanın üzvləri:
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev - Azərbaycan
Respublikası iqtisadiyyat
nazirinin müavini
Yəhya Musayev - Azərbaycan
Respublikası müdafiə
sənayesi nazirinin müavini
Gülməmməd Cavadov -
Azərbaycan Respublikası
energetika nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan
Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Rauf Hacıyev - Azərbaycan
Respublikası ekologiya
və təbii sərvətlər nazirinin
müavini
Elsevər Ağayev - Azərbaycan
Respublikası səhiyyə
nazirinin müavini
Ədalət Vəliyev - Azərbaycan
Respublikası mədəniyyət
və turizm nazirinin müavini
Şahin Bağırov - Azərbaycan
Respublikası Dövlət
Gömrük Komitəsi
sədrinin müavini
Niyazi Rəhimov - Azərbaycan
Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini
Ramin Məmmədov - Azərbaycan
Respublikası Diasporla
İş üzrə
Dövlət Komitəsi
sədrinin müavini
Arif Məmmədov - Azərbaycan
Respublikası Dövlət
Mülki Aviasiya Administrasiyasının direktoru
Ziya Əliyev - Azərbaycan
Respublikası Mərkəzi
Bankının baş
direktoru
İbrahim Quliyev - Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu sərəncamın
1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası
Hökuməti ilə
İsrail Dövləti
Hökuməti arasında
Birgə Komissiyanın
Azərbaycan Respublikası
tərəfindən tərkibi
barədə İsrail
Dövləti tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 iyun 2017-ci il
Azərbaycan.- 2017.-17 iyun.- S.3.