Martin Çunqono:"Azərbaycanın uğurlarını,
həqiqətlərini bütün dünyaya çatdırmalıyıq"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 15-də Parlamentlərarası
İttifaqın baş katibi Martin Çunqonqu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini, Bakının gözəl şəhər olduğunu bildirdi. Qonaq qeyd etdi ki, ölkəmiz haqqında nə qədər çox məlumat əldə edirsə, Azərbaycana marağı bir o qədər də artır. Martin Çunqonq ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşamasının önəmini qeyd edərək, Parlamentlərarası İttifaqın Azərbaycan ilə əməkdaşlıqda xüsusilə maraqlı olduğunu bildirdi. Ölkəmiz haqqında həmişə yaxşı məlumatlar eşitdiyini deyən Martin Çunqonq bu həqiqətlərin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd etdi.
Azərbaycan
haqqında dolğun və obyektiv
məlumatların yayılmasında maraqlı olduğumuzu
deyən Prezident İlham
Əliyev müxtəlif ölkələrdən qonaqların, o cümlədən parlament
üzvlərinin Azərbaycana səfərə gələrək
inkişafı öz gözləri ilə
görməsinin əhəmiyyətini
vurğuladı. Parlamentlərarası əlaqələrin
önəminə toxunan dövlətimizin
başçısı Azərbaycanın MDB, Avropa
Şurası, ATƏT və digər beynəlxalq təşkilatların
parlament assambleyaları ilə əməkdaşlıq
etdiyini dedi və bildirdi ki, bu
çoxşaxəli əməkdaşlıq uğurlu
nəticələr verir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda təşkil
olunan yüksək səviyyəli beynəlxalq
tədbirlər, səfərlər xalqlar
və millətlər arasında dialoq,
tolerantlıq və qarşılıqlı anlaşma
mühitinin yaradılmasında xüsusi rol oynayır.
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun ölkəmizə
səfərinin əməkdaşlığımıza dair məsələlər ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət
yaratdığını deyən dövlətimizin başçısı
bu səfərin əlaqələrimizin
genişləndirilməsi işinə töhfə verəcəyinə
ümidvar olduğunu bildirdi.
Azərbaycan.-
2017.- 17 iyun.- S.2.