Azərbaycan Prezidenti İlham Əliyev görkəmli alim, akademik Rəfiqə
Əliyevanın qırx mərasimində iştirak
edib
İyunun 15-də Heydər Məscidində tanınmış kimyaçı alim, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın qırx mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxundu.
Akademik
Rəfiqə Əliyeva ölkəmizdə kimya
elminin inkişafına mühüm
töhfələr verib. Onun
rəhbərliyi altında çox önəmli
elmi tədqiqat işləri
aparılıb. Bir sıra elmi
şuraların və cəmiyyətlərin üzvü
olan Rəfiqə Əliyeva 450-dən
artıq elmi əsərin, 25 dərslik və
dərs vəsaitinin, 20 patentin müəllifidir.
Alimin rəhbərliyi
altında 20-dən çox fəlsəfə
və elmlər doktoru yetişib.
Ömrünün böyük
hissəsini Bakı Dövlət Universiteti
ilə bağlayaraq pedaqoji
fəaliyyətlə məşğul olan
Rəfiqə Əliyeva ölkəmizdə analitik
kimya sahəsində yeganə qadın akademikdir.
Azərbaycan.-
2017.- 17 iyun.- S.2.