Martin Çunqonq: “Parlamentlərarası
İttifaq Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren
hüququnu tanıyır”
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 16-da Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qonaqlara Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat verilib.
Bir sıra beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul etdiklərini vurğulayan Əli Həsənov Parlamentlərarası İttifaqın da bu münaqişəyə ədalətli münasibət bildirəcəyinə ümidvar olduğunu qeyd edib. “Həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasının, BMT-nin, MDB-nin, ATƏT-in və bir sıra digər beynəlxalq təşkilatların üzvüdürlər. Əgər bir təşkilata üzv olan ölkə digər üzv ölkəyə təcavüz edirsə, onun torpaqlarını işğal edirsə, əlbəttə ki, bu, yolverilməzdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar qərarlar və qətnamələr qəbul ediblər, ancaq bu sənədlər hələ də icra olunmayıb. Bu, ən böyük ədalətsizlikdir”, - deyə Baş nazirin müavini vurğulayıb.
Ermənistan-Azərbaycan probleminin yeni yaranmış münaqişə olmadığını deyən Baş nazirin müavini bildirib ki, ermənilərin dünyanın hər yerində diasporları var. Ermənilər keçmiş sovetlər dönəmində ən mühüm dövlət vəzifələri tutublar. Bu imkanlarından istifadə edərək mütəmadi olaraq Azərbaycan torpaqlarını zəbt ediblər. Ermənilər hələ çar Rusiyasının dövründə Azərbaycanın tarixi torpaqlarında yerləşdirildilər. Sonradan bu torpaqlarda özlərinə dövlət qurdular.
Komitə sədri
Avropadakı miqrant problemindən də
danışıb. Qeyd edib ki, 600 milyon əhalisi olan Avropa bir milyon
miqrant probleminin öhdəsindən gələ
bilmir. Münaqişə başlayanda Azərbaycanın
cəmi 7 milyon əhalisi var idi. Lakin ölkəmiz qaçqın
və məcburi köçkünlərin problemlərinin
həlli istiqamətində
bütün lazımi
işləri görür.
Miqrant problemini həll etməyi bacarmayan Avropa isə Azərbaycana demokratiya dərsi keçmək istəyir.
Azərbaycan hökumətinin
qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli
istiqamətində gördüyü
işlərdən danışan
Əli Həsənov bildirib ki, bu
günə qədər
250 min qaçqın və
məcburi köçkün
müvəqqəti yaşayış
üçün yeni qəsəbələrə köçürülüb.
20 il ərzində
onların problemlərinin
həllinə 7 milyard
dollara qədər vəsait sərf edilib.
Ətraflı məlumata görə, minnətdarlığını bildirən Martin Çunqonq
Azərbaycan hökumətinin
qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli
istiqamətində gördüyü
işləri yüksək
qiymətləndirib. “Ancaq bunu da unutmaq
olmaz ki, bu insanlara nə
qədər diqqət
göstərilsə də,
onlar öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar”,- deyə qonaq
əlavə edib.
Parlamentlərarası İttifaqın fəaliyyəti
haqqında məlumat verən Martin Çunqonq bildirib ki, qurum
qlobal müstəvidə
müxtəlif ölkələrin
parlamentlərinin qanunun
aliliyinə əsaslanan
ittifaqıdır. O deyib: “Təbii ki, beynəlxalq hüquqa əsasən heç bir dövlət digər dövlətin ərazisini işğal edə bilməz. Bizim mövqeyimiz də beynəlxalq hüquqa əsaslanır. Biz Azərbaycan Respublikasının
Dağlıq Qarabağ
üzərində suveren
hüququnu tanıyırıq”.
Görüşdə, həmçinin qarşılıqlı
maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Qeyd edək
ki, iyunun 17-də qonaq Abşeron rayonunun Masazır qəsəbəsindəki məcburi
köçkünlər üçün
salınmış şəhərcikdə olacaq.
Azərbaycan.-
2017.- 17 iyun.- S.3.