Azərbaycan Dövlət Neft və
Sənaye Universitetində II Startap və İnnovasiya Festivalı keçirilib
İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Strartap və İnnovasiya Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclisin deputatlarının, universitet rektorlarının, səfirliklərin nümayəndələrinin iştirak etdikləri tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı bu ali məktəbin fəaliyyəti, təhsil müəssisəsində hazırlanan layihələr barədə ətraflı məlumat verib.
ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin son iki ildə gördüyü işlərdən danışan M.Babanlı gənclərin təqdim etdikləri layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib. Rektor deyib: “Əsas məqsədlərimizdən biri odur ki, gələcəkdə tələbələr buraxılış işlərini startap ideyaları ilə təqdim etsinlər. Növbəti illərdə universitet sərhədlərini aşıb bu cür buraxılış festivallarını daha geniş formada təşkil etməyi planlaşdırırıq”.
Sonra universitetin “eazi START” startap məktəbinin “Smart Keyboard”, “Cam Touch”,
“General Reporting Platform”, “Multivizor” və “KubiRub” layihələrinin təqdimatı
olub.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə
rəhbərlik etdiyi qurumun ölkədə informasiya texnologiyalarının
inkişafına xüsusi
önəm verdiyini bildirib. Vurğulanıb ki, nazirliyin
İKT Fondu, Yüksək
Texnologiyalar Parkı, Biznes İnkubasiya Mərkəzində müvafiq
sahədə müəyyən
işlər görülüb.
İnnovasiya sahələrinin inkişafı üçün
bir çox startap layihələrinə
qrantlar ayrılır.
Bugünədək İKT Fondu tərəfindən
innovasiya sahələri
üzrə dörd qrant müsabiqəsi keçirilib. 600-dən çox layihədən
100-ü maliyyələşdirilib. Nazirliyin Yüksək Texnologiyalar Parkına bugünədək
300-dən çox startapçı
müraciət edib.
Onlardan
29-u parkda daimi fəaliyyət göstərir.
150-dək startapçı isə qurumla mütəmadi əməkdaşlıq
edir.
Təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə
startap ideyalarının
icrasının həm
tələbələr, həm
də təhsil müəssisələrinin özləri
üçün yeni imkanlar yaratdığını
diqqətə çatdırıb.
Onun sözlərinə görə,
bu layihələrin həyata keçirilməsi
gənclərin sahibkarlıq
ruhunun inkişaf etdirilməsinə, biznes potensialının artmasına
xidmət edir. Nazir qeyd edib
ki, startap layihələrinin icrası
tələbələrin sahibkarlıq
ruhunun inkişaf etdirilməsi ilə yanaşı, ali
məktəblərin də
əlavə qazanc əldə etməsində
müəyyən rol oynaya bilər.
ADNSU-nun startap
məktəbinin daha altı layihəsi təqdim olunub.
Sonra “dəyirmi masa” keçirilib. M.Babanlı şirkət nümayəndələrinə
göstərdikləri dəstəyə
görə minnətdarlığını
bildirib, universitet və müəssisələr
arasında qurulan əməkdaşlığın hər iki tərəfə
böyük fayda verəcəyini qeyd edib.
“Dəyirmi masa”da sərmayəçilərlə startap layihələrinin inkişafı,
görüləcək işlər, birgə əməkdaşlıq
və digər məsələlər barədə müzakirələr
aparılıb.
Azərbaycan.-
2017.- 17 iyun.- S.4.