“Dövlət büdcəsi vəsaitinin istifadəsinə
nəzarətin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli
196 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Dövlət büdcəsi vəsaitinin istifadəsinə nəzarətin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 196 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 2, maddə 72) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə “məqsədli büdcə vəsaitinin” sözləri “büdcə vəsaitlərinin” sözləri ilə, “onun” sözü isə “onlardan” sözü ilə əvəz edilsin.
2.1.3-cü bənddə “qanunvericiliklə müəyyən edilmiş digər dövlət orqanları” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası” sözləri ilə əvəz edilsin.
3. 1.4-cü bənddə və 2-ci hissədə “məqsədli büdcə vəsaitinin” sözləri “büdcə vəsaitlərindən” sözləri ilə əvəz edilsin.
4.1.5-ci bənddə “xərclənməsinə görə həmin qurumlar” sözləri “xərclənməməsinə görə həmin qurumların vəzifəli şəxsləri” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun
2017-ci il
Azərbaycan.-
2017.-18 iyun.- S.1.