Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlət müəssisələrinin
özəlləşdirməqabağı
sağlamlaşdırılması və restrukturizasiyası
Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6, maddə 599; 2009, ¹ 3, maddə 163; 2010, ¹ 2, maddə 80, ¹ 7, maddə 610; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 7, maddə 1260, ¹ 8, maddələr 1377, 1384) ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası Qaydaları”nın 4.8-ci bəndində “xərclənməsinə” sözü “xərclənməməsinə” sözü ilə, “edilməsinə” sözü “edilməməsinə” sözü ilə və “olunmasına” sözü “olunmamasına” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun
2017-ci il
Azərbaycan.-
2017.-18 iyun.- S.1.