Cocuq Mərcanlıda bərpa və quruculuğun yeni mərhələsi başlayır

 

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində kənddə insanların təhlükəsiz yaşaması üçün bütün zəruri tədbirlər görülüb

 

Böyük qayıdışın başlanğıcı hesab edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin birinci mərhələdə bərpası başa çatdırılıb. Kənddə insanların təhlükəsiz yaşaması üçün bütün zəruri tədbirlər görülüb. Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş ərazilərdə qısa zamanda aparılan əsaslı yenidənqurma işləri belə bir nəticənin əldə edilməsinə imkan yaradıb.

Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu.  Ulu öndərin qətiyyəti  sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və hərb tariximizə şanlı səhifə kimi yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində 20 kənd, o cümlədən Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi. Amma təhlükəsizlik baxımından bu kənddə uzun müddət məskunlaşmaq qeyri-mümkün idi.

Ötən ilin aprelindəki dördgünlük müharibədə ordumuzun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycanın nəzarətinə keçdi. 22 il sonra Azərbaycan Ordusu ermənilərin təxribatçı hərəkətinə layiqli cavab verməklə tariximizə şanlı səhifə yazdı. Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsindən sonra cocuqmərcanlılıların torpaq həsrətinə son qoyuldu. Dövlət başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncamı xüsusi əhəmiyyətə malik sənəd oldu. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, bu yaşayış məntəqəsi bərpa olundumüasir infrastruktur formalaşdırılaraq insanların doğma torpaqlarında rahat və təhlükəsiz yaşamasına şərait yaradıldı. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi. Birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evinmüvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan, əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan evlərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

 Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində kənddə bərpa işlərinin birinci mərhələsi artıq başa çatıb və Cocuq Mərcanlı öz sakinlərini qəbul etməyə hazırdır. Bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq. Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı prosesi xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirdi. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm bir addım oldu.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev həmişə olduğu kimi, təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin infrastrukturunun, orada yaşayan Azərbaycan vətəndaşlarının məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Kəndin bərpası dövlət başçısının bu sahəyə diqqətinin daha bir göstəricisidir. Azərbaycanda hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası vaxtilə orada yaşamış soydaşlarımızda böyük ruh yüksəkliyi yaradıb.

Prezident İlham Əliyev bu günlərdə Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı bildirib: “Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildibu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir. Lələtəpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu. Mən keçən ilin sonlarında bu bölgədə, Lələtəpədə, işğaldan azad edilmiş torpaqlarda olarkən, hərbçilərlə görüşərkən maraqlandım ki, Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkündürmü, yoxsa yox. Mənə dedilər ki, mümkündür.

Bu ilin yanvar ayında müvafiq sərəncam imzalandı, Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırılmışdır - cəmi iki aya. Yəni bütün bu tikinti işləri sizin gözünüzün qabağında olubbu, doğrudan da, tarixi hadisədir. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi, birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib, Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Növbəti mərhələdə təqribən 100 əlavə ev, - bəlkə ondan da çox, - tibb məntəqəsi tikiləcək və yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da, şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olunubdur. Azərbaycan öz torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Bu, doğrudan da, tarixi hadisədir və əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıdandan sonra həyat daha da canlanacaqdır”.

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsi bu kateqoriyadan olan insanlar tərəfindən yüksək qiymətləndirilir. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib.

 Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin dövlət proqramına əlavələr təsdiq edilib. Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin dövlət proqramı, ona edilmiş əlavələr və digər normativ aktlar uğurla icra edilibbu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir.

Azərbaycan Ordusu ötən ilin aprelində qətiyyətli mövqe nümayiş etdirərək işğalçı Ermənistana öz gücünü göstərdi. Əminliklə demək olar ki, əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin yürütdüyü əzmkar siyasəti birmənalı dəstəkləyir və münaqişənin qısa zamanda ölkəmizin milli maraqlarına uyğun şəkildə öz həllini tapacağına ürəkdən inanır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.-18 iyun.- S.1; 6.