Avropa Qran-prisinin
Azərbaycan nümunəsi
Dünya Bakıda
keçiriləcək “Formula-1” yarışının həyəcanı
ilə yaşayır
İyunun 23-25-də dünyanın diqqəti yenə də Bakıya yönələcək. Paytaxtımız planetin bir nömrəli
avtomobil yarışına
növbəti dəfə
evsahibliyi edəcək.
“Formula-1” dünya
çempionatının 8-ci mərhələsi olacaq Azərbaycan Qran-prisində
ən məşhur 21
pilot 10 komandanın tərkibində
6 kilometr məsafədən
ibarət 51 dövrəlik
mərhələnin qalibi
uğrunda yarışacaq.
Bu mübarizə isə, sözsüz ki, sürət həvəskarlarının böyük
marağına səbəb
olacaq. 500 milyondan artıq tamaşaçının izləyəcəyi
yarışa 57 ölkədən
çoxlu sayda azarkeş baxa biləcək.
Planetin bir nömrəli avtomobil yarışı
“Formula -1” üzrə
dünya çempionatı
bir nəfərlik, açıq təkərli
avtomobillərin yarışıdır. Yüksək statusa malik bu
yarışlarda sürücülər
pilot, avtomobillər isə
bolid adlanır. İl ərzində müxtəlif
ölkələrdə “F1” üzrə mərhələ
yarışları, başqa
sözlə, qran-prilər
təşkil olunur.
Dünyada geniş tamaşaçı
auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız yay olimpiya oyunlarından
və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət
həvəskarlarının maraq dairəsində olan “Formula-1” Qran-priləri
ilk vaxtlar ancaq Avropa ölkələrində
keçirilsə də,
hazırda dünyanı
əhatə edir.
Yarışları FIA (Beynəlxalq Avtomobil
Federasiyası) keçirir.
1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.
“Formula-1” üzrə
ilk rəsmi dünya çempionatı isə
1950-ci il mayın 13-də İngiltərənin
Silverstoun trekində təşkil olunub. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm
də əsas mərhələdə finiş
xəttinə birinci gələn “Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina “F1” yarışının
ilk qalibi kimi tarixə düşüb.
Birincilik
uğrunda mübarizədə
onun əsas rəqibi komanda yoldaşı, argentinalı
Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio
bu məğlubiyyətin
əvəzini yetərincə
çıxdı. Belə ki,
o, karyerası ərzində
5 dəfə (1951-ci, 1954-cü, 1955-ci,
1956-cı və 1957-ci illərdə)
dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməyib.
“Formula-1” Bakıda yeniliyin tətbiqi ilə yaddaşlara yazılıb
İyunun 23-25-də Azərbaycan Avropa Qran-prisinin cari mövsümdə 8-ci mərhələsinə
evsahibliyi edəcək. Xatırladaq
ki, ötən il dünya
çempionatında “F1” Bakı
mərhələsində yenilik
tətbiq etmişdi. Bu, sıralama turları
ilə bağlıdır.
Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən
ən pis nəticə göstərən
6 pilot mübarizədən kənarlaşdırılırdı. 10 pilot isə
12 dəqiqəlik üçüncü
seansdakı göstəricilərə
görə yarışa
start verirdilər. Yeni qaydalarda
isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə
tutulub. “Formula-1” mütəxəssislərinin rəylərinə
görə, bu yenilik həyəcanı bir qədər də artırıb.
Bolidlər Bakı
trekini səbirsizliklə
gözləyirlər
“Formula -1”i maraqlı
edən ən vacib amillərdən biri də çempionatda
istifadə olunan avtomobillərin texniki göstəriciləridir. 1950-ci ildə keçirilən
“F1” üzrə ilk dünya
çempionatında azarkeşlər
2-ci Dünya müharibəsindən
əvvəl istehsal olunan avtomobillərin yarışını izləyiblər.
Bu bolidlərin mühərriki öndə,
təkərləri isə
enzis və dişli idi. Avtomobillər 1,5 litrlik kompressor və ya 4,5 litrlik normal aspirat mühərriklə işləyirdi.
Hər il
istər yarış qaydaları, istərsə
də avtomobillərin
texniki göstəriciləri
və dizaynında müxtəlif dəyişikliklər
edilib. Mühərrikin həcmi, avtomobilin
sürəti və təkərlər müasir
dövrün tələblərinə
uyğun dəfələrlə
yenilənib.
“Formula-1” yarışlarında
diqqət çəkən
məqamlardan biri də mühərriklərin
daha güclü və səs-küylü olmasıdır. Belə ki, 2014-cü ildən bəri 2,4 litr həcmindəki V8 əvəzinə,
1,6 litrlik hibrid V6 mühərriklərindən istifadə
edən istehsalçılar
tətbiq olunan limitlərin ləğv edilməsindən sonra “Mercedes”lə fərqi aradan qaldırmağı planlaşdırırlar. Yeniliklərdən
sonra “Reno” və “Honda”nın təxminən
70 at gücü daha artıq qüvvə əldə etdiyi, “Mercedes”in isə 1000 at gücü səddinə çatdığı ehtimal
edilir. İki çıxışı olan yeni mühərriklər
həm də daha güclü səs çıxaracaq.
Təqvimdə yarış sayının
21-ə çatması ilə
hər maşında
4 əvəzinə 5 mühərrikdən
istifadə edilməsi
nəzərdə tutulur.
Yeniliklərdən biri də təkərlərlə
bağlıdır. “Pirelli” şirkəti yeni mövsüm üçün
ultra yumşaq təkərlər
hazırlayıb. Bu təkərlər maşınların
daha sürətli hərəkətinə imkan
verir.
Builki dünya çempionatında
“Formula-1” bolidləri və
təkərlərinin bir
qədər enlənməsi
səbəbindən ötən
ildən daha yüksək sürətin
olması gözlənilmir. Keçən
mövsüm maksimal sürət saatda 378 kilometr olduğu halda bu dəfə
də o qədər və ya bir
qədər az
sürətin olması
nəzərdə tutulur.
Ötən il Bakıda keçirilən
“Formula-1” yarışında dövrə rekordu, yəni 6 kilometrlik dövrənin qət edilməsi 1 dəqiqə
46 saniyə olmuşdu.
Mövsümün ən
yaddaqalan mərhələləri
Məlumat üçün qeyd edək ki, “Formula-1”də yeni mövsüm Avstraliya Qran-prisi ilə start götürüb. 2017-ci il mövsümünə
isə noyabr ayında Əbu-Dabidə yekun vurulacaq. Bakıdan əvvəl başqa şəhərlərdə
keçirilən “Formula-1” üzrə
dünya çempionatının
ən maraqlı mərhələləri ilə
tanış olaq.
“Formula-1” üzrə
dünya çempionatının
yeni mövsümünün
ilk mərhələsində martın 26-da keçirilən
Avstraliya Qran-prisində
“Ferrari”nin pilotu Sebastian Fettel qalib gəlib. Pilotlar Melbrundakı Albert Parkda
5303 metrlik trasda 58 dövrə vurublar.
Sebastian Fettel yarışı 1 saat 24 dəqiqə 11,672 saniyəlik
nəticə ilə
25 xal toplayaraq başa vurub. Liderdən
9,975 saniyə geri qalan Luis Hamilton (“Mersedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü
liderdən 11,250 saniyə
sonra finişə çatan Valtteri Bottas (“Mersedes”, 15 xal) tamamlayıb.
Konstruktorlar kubokunda
isə “Ferrari” 37 xalla
birinci, “Mersedes” 33 xalla ikinci, “Red Bull Racing” isə 10 xalla üçüncü pillədə
qərarlaşıb.
Aprelin 7-9-da
“Formula-1” üzrə dünya
çempionatının ikinci
yarışı - Çin
Qran-prisində “Mercedes” komandasının
pilotu Luis Hamilton qalib gəlib. İkinci yarışda pilotlar
Şanxayda 5451 metrlik trasda 56 dövrə vurublar.
Luis Hamilton 1 saat
37 dəqiqə 36,158 saniyəlik
nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 0,06 saniyə geri qalan Sebastian Fettel (“Ferrari”) yarışı
18 xalla ikinci pillədə yekunlaşdırıb.
İlk üçlüyü
liderdən 0,45 saniyə sonra finişə çatan Maks Ferstappen (“Red Bull
Racing”, 15 xal) tamamlayıb.
Konstruktorlar kubokunda
isə “Mercedes” 66 xalla
birinci, “Ferrari” 65 xalla
ikinci, “Red Bull Racing” isə
33 xalla üçüncü
pillədə qərarlaşıb.
“Formula-1” üzrə
dünya çempionatının
beşinci yarışı
- İspaniya Qran-prisi də çox maraqlı mübarizə ilə yadda qalıb. Barselonada 4655 metrlik
trasda 66 dövrənin
yekununda Luis Hamilton 1 saat
35 dəqiqə 56,497 saniyəlik
nəticə ilə aktivinə 25 xal yazdıraraq qalib gəlib. Liderdən 3,490 saniyə geri
qalan Sebastian Fettel
(“Ferrari”) yarışı 18 xalla ikinci pillədə
yekunlaşdırıb. İlk üçlüyü liderdən
75,820 saniyə sonra finişə çatan
Daniel Rikkardo (“Red Bull Racing”, 15 xal) tamamlayıb.
Pilotların yarış cədvəlinə
hazırda 141 xalla
“Ferrari” komandasının pilotu
Sebastian Fettel başçılıq
edir. “Mercedes” komandasının
pilotları Luis Hamilton 129 xalla
2-ci, Valtteri Bottas isə 93 xalla
3-cüdür.
“Mercedes” ötənilki uğuru təkrarlaya biləcəkmi?
Ötən il Bakı ilk dəfə “Formula-1” Avropa Qran-pri yarışlarının 8-ci mərhələsinə uğurla evsahibliyi edərək yüksək təşkilatçılıq ilə digər ölkələrə nümunə göstərdi. İyunun 19-da keçirilmiş Bakı mərhələsində əsas yarışda 11 komandanın 22 pilotu qələbə uğrunda mübarizəyə qatılmışdı. Təxminən saat yarım davam edən yarışda bolidlər 6 kilometr məsafədə 51 dövrə vurmuşdular. “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq 1 dəqiqə 48,942 saniyə nəticə ilə qələbə qazanmışdı. İkinci yerə daha bir almaniyalı pilot, “Ferrari” komandasının üzvü Sebastian Fettel çıxmışdı. Üçüncü yeri isə “Force İndia”nın meksikalı pilotu Serxio Peres tutmuşdu.
Dörd pilot - rusiyalı Daniil Kvyat və onun komanda yoldaşı Karlos Saynz (“Scuderia Toro Rosso”), habelə məşhur idmançı, dəfələrlə “Formula-1” yarışlarının qalibi olmuş ispaniyalı Fernando Alonso (“McLaren Honda”) və “Manor Racing” komandasının almaniyalı pilotu Paskal Verlayn avtomobillərindəki texniki nasazlıq üzündən yarışı başa çatdıra bilməmişdilər.
Bu mövsüm isə ötən ilin Bakı mərhələsinin qalibi Niko Rosberq
yarışmır. Mütəxəssislər isə mövsümün ən formada olan iki komandasını-
“Ferrari” və “Mercedes”i
favorit hesab edirlər.
Elçin CƏFƏROV
Azərbaycan.-
2017.-18 iyun.- S.1; 7.