Kolumbiyanın xarici işlər naziri Şəki və Zaqataladan zəngin təəssüratlarla ayrılıb

 

Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Azərbaycana səfəri çərçivəsində iyunun 17-də respublikamızın şimal-qərb bölgəsində olub.

AZƏRTAC xəbər verir ki, kolumbiyalı qonaq onu müşayiət edən şəxslər günün birinci yarısında qədim Şəkinin görməli yerlərini gəzib, tarixi məkanları ilə tanış olublar. Xanım Mariya Anxela Olqinin Şəki ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıb. Qonağın diqqətinə çatdırılıb ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir.

Sonra qonaqlarYuxarı BaşDövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı bildirilib ki, ən qədim yaşayış mədəniyyət məskənlərimizdən olan Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar həm dünya ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix memarlıq abidəsi var. Festivallar şəhəri kimi tanınan Şəkidə hər il beynəlxalq səviyyəli bir neçə festival keçirilir. 2016-cı ildə Şəki şəhəri TÜRKSOY tərəfindənTürk dünyasının mədəniyyət paytaxtıelan edilib.

Məlumat verilib ki, Şərq memarlığının nadir incisi hesab olunan, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarix-memarlıq abidəsi olan Şəki xanlarının sarayı xalqımıza xas olan yüksək mədəniyyətin, böyük inkişaf yolu keçmiş xalq tətbiqi sənətinin nümunəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal rəngli şüşə düşür.

Qonaqlar sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr ediblər.

Qoruğun ərazisində yerləşən inşa tarixi XVIII əsrin sonuna aid edilənYuxarı Karvansaraymehmanxana kompleksi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə yaxın Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda abidə mehmanxana kimi fəaliyyət göstərir.

Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra xanım Mariya Anxela Olqin Zaqatala rayonuna yola düşüb.

Zaqatala rayonunun Əliabad qəsəbəsinin ərazisində yerləşən fındıq emalı zavodu ilə tanışlıq zamanı qonağın diqqətinə çatdırılıb ki, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikada ildə təqribən 35 min ton fındıq istehsal olunur. Azərbaycan, həm dünyada dördüncü fındıq ixracatçısıdır. Ümumilikdə, ötən il Azərbaycandan 25-ə yaxın xarici ölkəyə 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Hazırda Azərbaycanda fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 30 minə yaxın ailə-fermer təsərrüfatı çalışır. Dövlət tərəfindən bu gəlirli sahənin inkişafına çox böyük dəstək göstərilir.

Qəsəbənin ərazisində yerləşən fındıq bağları ilə tanışlıq zamanı bildirilib ki, fındıqçılıq Zaqatala rayonunun iqtisadiyyatında mühüm rol oynayır kənd əhalisinin əsas gəlir mənbələrindən biridir. Rayonda fındıqçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son bir neçə ildə rayon ərazisində 6,8 min hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda Zaqatala rayonunda fındıq bağlarının ümumi sahəsi 16,4 min hektar təşkil edir. 2016-cı ildə fındıq bağlarından 9 min tona yaxın məhsul tədarük olunub. Ötən il fındıq ləpəsinin ixracından 91,1 milyon manat gəlir əldə edilib.

Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Şəki Zaqatalaya səfərindən məmnun qaldığını, bölgədən zəngin təəssüratlarla ayrıldığını bildirib.

 

Azərbaycan.- 2017.- 18 iyun.- S.5.