Gənclər Fondunun təşkilatçılığı
ilə Heydər Əliyev Mərkəzində Milli
Qurtuluş Gününə həsr edilən
tədbir keçirilib
İyunun 19-da Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində
15 İyun - Milli Qurtuluş Gününə
həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbiri açan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Milli Qurtuluş Gününün ictimai-siyasi,
tarixi əhəmiyyətindən
danışıb. O deyib ki, əgər 1993-cü ildə ulu öndər
Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi,
Azərbaycanı 1920-ci ilin
aprelindəkindən daha
böyük fəlakət
gözləyirdi. Vətəndaş müharibəsi, xaos, separatizm ilə üzləşən Azərbaycan
xalqı yeganə çıxış yolunu
məhz böyük vətənpərvər, xalqını,
millətini sevən Heydər Əliyevin hakimiyyətə gəlməsində
gördü. Məhz ümummilli
lider Heydər Əliyev Azərbaycanı
üzləşdiyi böyük
fəlakətdən xilas
etdi. Müasir müstəqil Azərbaycan
Ulu Öndərin müdrik siyasəti nəticəsində dünyanın
sürətlə inkişaf
edən ölkələrindən
birinə çevrildi.
Bildirilib ki, gənclərlə bağlı məsələlər
hər zaman Ümummilli Liderin siyasətinin əsas tərkib hissələrindən
biri olub. Ulu Öndərin
rəhbərliyi ilə
dövlət gənclər
siyasətinin təməli
qoyulub və bu gün bu
siyasət uğurla həyata keçirilir.
Bu gün ölkəmizdə
gənc nəslə diqqət və qayğı dövlətin
ən mühüm fəaliyyət istiqamətlərindən
birinə çevrilib.
Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən
uğurla davam etdirilən dövlət gənclər siyasəti bu gün gənclərin
ölkə həyatının
bütün sahələrindəki
fəallığını daha da artırıb.
Hər bir xalqın tarixində taleyüklü əlamətdar
günlərin olduğunu
bildirən gənclər
və idman naziri Azad Rəhimov deyib ki, 15 İyun
- Milli Qurtuluş Günü də Azərbaycan xalqının
tarixində belə önəmli günlərdəndir.
Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir
müstəqil Azərbaycan
inkişaf etdikcə, dünyada söz, nüfuz sahibinə çevrildikcə Milli Qurtuluş Gününün
əhəmiyyəti daha
aydın şəkildə
görünür. Heydər Əliyev
uzaqgörən siyasətçi,
dahi rəhbər kimi həm də
ölkəmizdə milli
barışıq, sülh
yaradan şəxsiyyət
kimi tarixə düşüb. O, eyni
vaxtda iqtisadiyyat və diplomatiya, mədəniyyət və
dövlət təhlükəsizliyi,
gənclər və idman, kənd təsərrüfatı və
digər sahələrin
inkişafına nail olmuş
şəxsiyyət idi.
Azərbaycanın dünəni, bu
günü ilə fəxr edən, sabahını yaradan Ulu Öndər ölkənin xilas edilməsi missiyasını
üzərinə götürdü
və bunu uğurla yerinə yetirdi. Heydər Əliyev müstəqil
Azərbaycanın inkişafında
gənclər siyasətinin
xüsusi yer almasını təmin etdi, onun əsaslarını
yaratdı və diqqət mərkəzində
saxladı. Ulu Öndər
ən çətin dövrdə - 1993-cü ilin
sentyabrında ilk görüşlərindən
birini məhz gənclərlə keçirdi,
1994-cü ildə Gənclər
və İdman Nazirliyinin yaradılması
haqqında fərman imzaladı. Dahi rəhbərin təşəbbüsü
və iştirakı ilə keçirilən I Respublika Gənclər Forumu gənclərin müzakirələrdə iştirakına,
xalq və dövlətçilik naminə
ictimai fəallığına,
potensialının reallaşdırılması
üçün şəraitin
yaradılmasına böyük
təkan verdi.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu siyasət daha da inkişaf etdirildi. Dövlətimizin başçısı gənclərin sağlamlığına,
asudə vaxtlarını
səmərəli keçirmələrinə,
onlarda müasir dünyagörüşün formalaşdırılmasına
önəm verir.
Olimpiya-idman komplekslərinin, gənclər evlərinin,
müasir idman qurğularının tikilib
onların istifadəsinə
verilməsi bunun bariz nümunəsidir.
Məhz Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsidir
ki, idmançılarımız
böyük uğurlar
qazanırlar, medallarımızın
sayı ildən-ilə
artır. Ölkəmizdə keçirilən beynəlxalq
yarışlar Azərbaycanın
dünyada tanınmasında
böyük rol oynayır. Azərbaycanda keçirilən I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının
Təşkilat komitələrinə
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi bu Oyunların qısa müddətdə
hazırlanaraq yüksək
səviyyədə keçirilməsini
təmin etdi.
Prezident Administrasiyasının
gənclər siyasəti
və idman məsələləri şöbəsinin
müdiri, Birinci vitse-prezidentin köməkçisi
Yusuf Məmmədəliyev bildirib
ki, ulu öndər
Heydər Əliyevin gənclərə diqqət
və qayğısı
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. 1993-cü ildə
Azərbaycanın ən
çətin vaxtlarında
xalqın istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider gənclərin vətənpərvər ruhda
tərbiyə edilməsinə,
müasir biliklərə
yiyələnməsinə böyük
önəm verib, gənclər üçün
əlverişli şəraitin
yaradılması dövlət
siyasətinin prioritetlərindən
biri olub.
Prezident Administrasiyasının rəsmisi
qeyd edib ki, ulu öndər
Heydər Əliyev hakimiyyətə gəldikdən
sonda Azərbaycan tarixində yeni və parlaq səhifə açıldı. Son 25 ildə Azərbaycan bütün sahələrdə
uğurla inkişaf edib və regionun
lider dövlətinə
çevrilib. Ölkəmizin inkişafında gənclərin
də rolu böyükdür. Gənclərimizin intellektual və yaradıcılıq potensialının
üzə çıxarılması,
aktivliyinin artırılması
istiqamətində fəaliyyət
bundan sonra da geniş şəkildə
həyata keçiriləcək.
Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyeva tərəfindən həyata
keçirilən siyasəti
nəticəsində uğur
qazanan məhz gənclik olacaq.
Yusuf Məmmədəliyev
vurğulayıb ki, Prezident Administrasiyasında
gənclər siyasəti
və idman məsələləri şöbəsinin
yaradılması dövlətimizin
başçısının gənclərə diqqət
və qayğısının
bilavasitə göstəricisidir. Biz bütün gənclər
bir araya gələrək bu etimadı doğruldacağıq.
Məqsədimiz Azərbaycan gənclərini
sağlam, vətənpərvər
və milli dəyərlərə sadiq
görməkdir. Gənclərimiz işğal altında olan torpaqlarımızın
azad edilməsinə hər zaman hazır olmalıdırlar.
Bu gün informasiya
müharibəsində də
cəmiyyətimizin fəal
üzvləri kimi gənclərin üzərinə
böyük vəzifə
düşür.
Müstəqilliyinin ilk illərində
Azərbaycanda gərgin
ictimai-siyasi şəraitin
olduğunu qeyd edən Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
müdir müavini Tahir Süleymanov həmin dövrdə Azərbaycanda anarxiya və xaosun, hərc-mərcliyin baş
alıb getdiyini, ölkə iqtisadiyyatının
tənəzzülə uğradığını,
Ermənistanın Azərbaycana
hərbi təcavüzünün
daha da şiddətləndiyini
söyləyib. Prezident Administrasiyasının
rəsmisi qeyd edib ki, belə
bir vəziyyətdə
o dövrkü hakimiyyətin
gənclərlə məşğul
olmağa nə vaxtı, nə həvəsi, nə də səriştəsi var idi. Azərbaycanda dövlət gənclər
siyasəti yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra başladı.
Tahir Süleymanov Ümummilli Liderin
1993-2003-cü illərdə 43 dəfə gənclərlə
bağlı tədbirlərdə
iştirak etdiyini, çıxışlarında onlara
dəyərli tövsiyələr
verdiyini, on il ərzində gənclərlə
bağlı 20 fərman,
sərəncam və qanun imzaladığını
diqqətə çatdırıb.
Vurğulayıb ki, MDB ölkələrinin
rəhbərləri arasında
gənclərlə ən
çox görüşən,
onların problemlərinə
ən çox diqqət ayıran məhz ulu öndər
Heydər Əliyev idi.
Ulu Öndərin dövlət gənclər
siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini vurğulayan T.Süleymanov
qeyd edib ki, Azərbaycanda gənclərin asudə vaxtlarını səmərəli
keçirmələri üçün
müasir infrastruktur,
o cümlədən gənclər
evləri, təhsil mərkəzləri, mədəniyyət
müəssisələri, idman
kompleksləri yaradılıb.
Sonra çıxış
edən Milli Məclisin gənclər və idman komitəsinin
sədri Fuad Muradov, Yeni Azərbaycan
Partiyası Gənclər
Birliyinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digərləri ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən,
xüsusilə onun gənclər siyasətinin
uğurlu nəticələrindən
bəhs ediblər. Qeyd olunub ki,
Azərbaycanın bugünkü
inkişafı və əldə etdiyi uğurlar məhz Ümummilli
Liderin adı ilə bağlıdır.
Azərbaycan.-
2017.- 20 iyun.- S.5.