“Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi və
onun yanında yaradılmış dövlət
xidmətləri haqqında əsasnamələrin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 301; 2006, ¹2, maddə 91, ¹ 5, maddə 397; 2007, ¹ 2, maddə 87; 2008, ¹ 6, maddə 488, ¹ 11, maddə 970; 2009, ¹ 10, maddə 779, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2014, ¹ 6, maddə 638; 2015, ¹ 2, maddə 132, ¹ 7, maddə 840; 2016, ¹12, maddə 2095; 2017, ¹ 3, maddə 378) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 11.6-cı, 11.7-ci və 12.3-cü bəndlərində “məqsədli büdcə vəsaitinin” sözləri “büdcə vəsaitlərinin” sözləri ilə əvəz edilsin.
2. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamə”nin:
2.1. 10.8-ci bəndində “məqsədli büdcə vəsaitinə” sözləri “büdcə vəsaitlərinə” sözləri ilə əvəz edilsin;
2.2. 14.4-cü bəndində “məqsədli büdcə vəsaitinin” sözləri “büdcə vəsaitlərinin” sözləri ilə əvəz edilsin.
3. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə”nin:
3.1. 10.9-cu bəndində “məqsədli büdcə vəsaitinə” sözləri “büdcə vəsaitlərinə” sözləri ilə əvəz edilsin;
3.2. 14.5-ci bəndində “məqsədli büdcə vəsaitinin” sözləri “büdcə vəsaitlərinin” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun
2017-ci il
Azərbaycan.- 2017.-21 iyun.- S.4.