Odlar yurdunda sürət festivalı
“Küləklər
şəhəri” möhtəşəm
Azərbaycan Qran-prisinə
tam hazırdır
Dünyanın idman paytaxtı daha bir möhtəşəm
yarışı qəbul
etməyə hazırdır. Odlar yurdunda
yenidən sürət
festivalı başlayır.
Ötən il
“Formula-1” Avropa Qran-prisinə
yüksək səviyyədə
evsahibliyi edən Azərbaycan sürətsevərləri
planetin ən güclü pilotlarının
əzmkar mübarizəsinin
canlı şahidi olmaq üçün yenidən Bakıya toplayır. “Küləklər
şəhəri” möhtəşəm
Azərbaycan Qran-prisinə
tam hazırdır.
Uzunluğuna görə
dünyada ikinci olan Bakı Şəhər Halqası
Ölkəmiz bu nüfuzlu yarışın
tamhüquqlu ev
sahibi olduğu üçün onun barəsində hər şeyi bilməyimiz vacibdir. 2017-ci ildə
“Formula-1” üzrə dünya
çempionatı 20 Qran-pri
yarışından ibarətdir.
Artıq
Avstraliya, Çin, Bəhreyn, Rusiya, İspaniya, Monako və Kanada Qran-priləri arxada qalıb. 8-ci dövrə Azərbaycan Qran-prisidir.
Yarışın keçiriləcəyi Bakı
Şəhər Halqası
bəzi xüsusiyyətlərinə
görə digər
“Formula-1” treklərindən seçilir. Şəhərin müasirliyi ilə
tarixiliyini özündə
birləşdirən Bakı
Şəhər Halqası
şəhər trekidir.
Uzunluğu 6 km-dən bir
qədər artıq olan Bakı Şəhər Halqası,
trekin uzunluğuna görə dünyada ikincidir.
Unikal xüsusiyyətlərə
sahib Bakı Şəhər
Halqası elə təşkil olunub ki, yarış zamanı “Formula-1” avtomobilləri
UNESCO-nun Ümumdünya İrsi
siyahısına daxil olan İçərişəhər
tarixi-memarlıq qoruğunu,
şəhərin müasir
göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən
Bakının ecazkar simasını görürlər.
Bakı Şəhər Halqası
şəhərin tam mərkəzindən
və ən gözəl məkanlarından
keçir. Təşkilatçılar trekin marşrutunu
seçərkən məhz
bu məqamı qarşıya məqsəd
qoymuşdular. Bundan başqa,
trekdə yarış
avtomobillərinin hərəkəti
saat əqrəbinin əks istiqamətində olacaq.
Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən
7-ci və 8-ci döngələrdə
7,6 metr təşkil
edir. Start və finiş xətti Azadlıq meydanındadır.
Həmçinin burada “Formula-1” Paddok
Klubu, komandaların boksları və pit-leyn qurulub.
“Formula-1” təqvimindəki ən yeni trek
“Formula-1” təqvimindəki
ən yeni trekin yarışa hazırlığı yüksək
səviyyədədir. Bakı Şəhər
Halqası yarışa
tam hazırdır. Hər şey
çox gözəl təşkil olunub.
Bu il təşkilatçılar
ötən ilə nisbətən daha hazırlıqlıdırlar. Mütəxəssislər
hesab edirlər ki, ötən il Bakıda
keçirilən yarış
xoş sürprizlə
yadda qalmışdır,
bu il isə
Azərbaycan Qran-prisi daha möhtəşəm
olacaq.
Beynəlxalq Avtomobil Federasiyasının
(FIA) “Formula-1” üzrə yarış
direktoru və təhlükəsizlik məsələləri
üzrə səlahiyyətli
nümayəndəsi Çarli
Vaytinq qeyd edib ki, Bakı
Şəhər Halqasında
heç bir təhlükə yoxdur. Yarışlarda bəzi texniki dəyişikliklər var. Bütün
pilotlar bu dəyişikliklərdən məmnundurlar.
Şəhərdə tras boyu əlavə hasarların quraşdırılması tamaşaçıların
tam təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.
Builki bolidlər ötən ildəkilərdən 20 sm
genişdir. “Formula-1” bolidləri və təkərlərinin bir qədər enlənməsi
səbəbindən ötən
ildən daha yüksək sürətin
olması gözlənilmir.
Ötən il
maksimal sürət saatda 378 kilometr olmuşdu. Bu il
də o qədər və ya bir
qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla qırılacaq. Ötən
il Bakıda keçirilən “Formula-1” yarışında
dövrə rekordu, yəni 6 kilometrlik dövrənin qət edilməsi 1 dəqiqə
46 saniyə olmuşdu.
Möhtəşəm Azərbaycan
Qran-prisi - 6 kilometrlik
51 dövrə
İyunun 23 və 24-də pilotların
sərbəst yürüşləri
və sıralama turları keçiriləcək. Ayın
25-də isə möhtəşəm
Azərbaycan Qran-prisinə
(51 dövrə və
ya 120 dəq) start veriləcək.
Digər Qran-prilərdə
olduğu kimi, paytaxtımızda yarışacaq
komandalar da reqlamentə əsasən,
öncə iki sərbəst yürüşdə
trasla tanış
olacaq, maşınları
yarışa hazır
vəziyyətə gətirəcəklər.
Şənbə günü, iyunun
24-də səhər pilotlar
bir saatlıq məşq keçəcəklər.
Adətən, nahardan sonra
sıralanma turu və ya təsnifat
mərhələsi təşkil
olunur. Bu turun yekun nəticəsinə
görə, pilotların
bazar günü keçiriləcək yarışda
start düzümü formalaşır.
İyunun 25-i isə Qran-prinin yarış günüdür. Yarışanlar bir gün əvvəlki
sıralanma turunun nəticələrinə görə
startda yerlərini tuturlar. Əvvəlcə sürücülər trasda bir dövrə
vuraraq təkərləri
və əyləcləri
qızdırırlar, dövrənin
tamamında yenidən
start yerlərini tuturlar.
Yarışın direktoru Çarli
Vaytinqin xüsusi işarəsindən, yəni
5 qırmızı işığın
sönməsindən sonra
həyəcan başlayır.
Dünyanın ən məşhur pilotlarını
yeni çətinliklər
gözləyir
“Formula-1” yarışlarında
mübarizə aparan ən məşhur pilotlar Bakıda bu yarışın ən yeni və
ən sürətli şəhər treki sayılan Bakı Şəhər Halqasında
yenidən yarışmağı
həyəcanla və
səbirsizliklə gözləyirlər. Pilotların
ilk dəfə yarışacaqları
trekdən qalib ayrılmaq üçün
bütün güclərini
səfərbər edəcəkləri
hiss olunur.
Valteri Bottas
(Mercedes), Daniel Rikkardo və
Maks Ferstappen (Red Bull),
Felipe Massa (Williams), Serxio Perez (Force India) və ikiqat dünya çempionu və ötən il Bakıda keçirilmiş “Formula-1” yarışının
rəsmi elçisi
Fernando Alonso (McLaren) və digər
pilotları gözoxşayan
mənzərəyə sahib olan Bakıda yeni çətinliklər
gözləyir. “Formula-1” təqvimində
Bakı Şəhər
Halqasını özünəməxsus
edən ensiz hissələr, 90 dərəcəli
döngələr, yoxuşlar
və uzun sürətlənmə hissələri
builki enli təkərli bolidlər üçün mübarizə
şərtlərini ötən
illə müqayisədə
daha da çətinləşdirəcək.
Bakıda dördgünlük
geniş əyləncə
proqramı
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti
“Formula 1” Azərbaycan Qran-prisini
izləməyə gələn
tamaşaçılar üçün
dördgünlük geniş
əyləncə proqramı
hazırlayıb. Proqramın detalları artıq
tam müəyyənləşib. Belə ki, əyləncə proqramı 22-25 iyun tarixlərini əhatə edir və proqramda
nəzərdə tutulan
bütün tədbirlər
Dənizkənarı bulvar
ərazisi ilə yanaşı, Sahil və Sabir parklarında
yerləşən əyləncə
zonalarında da baş tutacaq. Əyləncə proqramı
22 iyun tarixində saat 14:00-dan 22:00-dək davam
edəcək, 23-25 iyun
tarixlərində isə
səhər saat
10:00-da başlayıb axşam
saat 23:00-da başa çatacaq.
Azərbaycan Qran-prisinin tamaşaçıları
üçün ötən
illə müqayisədə
daha geniş və daha məzmunlu
əyləncə proqramı
hazırlanıb. Bu isə
bir daha təsdiq edir ki, Azərbaycan Qran-prisi əsl bayram əhvali-ruhiyyəsində
keçəcək. Yarışları izləməyə gələnlər
Bakıda bir daha unudulmaz anlar yaşayacaqlar.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2017.-21 iyun.- S.1;7.