"Formula-1"in könüllüləri

 

Böyük  maraqla izlənilən və avtomobil yarışları içərisində yüksək nüfuza malik olan “Formula-1” Azərbaycan Qran-prisinə 2 gün qalıb. Sürət həvəskarlarının səbirsizliklə gözlədikləri yarışın hazırlıq işləri yekunlaşıb. Planetin bir nömrəli avtomobil yarışının təşkilində və keçirilməsində bir sıra məsələlər xüsusilə önəm kəsb edir. Bunlardan biri də marşallardır. Onlar  “F1” aləmində “Yarış rəsmiləri” də adlandırılırlar.

Ümumiyyətlə, dünyada marşallıq sevimli məşğuliyyət  kimi qəbul olunur. İnsanlar müxtəlif yarışlarda marşallıq edərək, həm maraqlı vaxt keçirir, həm də yarışı yaxından izləmək şansı qazanır. Ölkəmizdə bu sahə yeni olmasına baxmayaraq, Bakı Şəhər Halqası  Əməliyyat Şirkəti tərəfindən təsis edilən “Baku Marshals Club” marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda, beynəlxalq marşal klubları ilə sıx əməkdaşlıq qurur.

Onlar yerinə yetirdikləri müxtəlif növ vəzifələrə əsasən aşağıdakı növlərə bölünürlər:

 

Sektor marşalları:

Trek xəyali olaraqsektorlarabölünür və hər bir sektora nəzarət bir sektor marşalına və onun biryaxud iki müavininə tapşırılır. Onlar trek üzrə təyin olunduqları sahədə əsas səlahiyyətli nümayəndə hesab olunurburada baş verən bütün işlərə görə məsuliyyət daşıyırlar.

 

Trek marşalları:

Halqa boyunca nəzarət postlarında yer alanlar əsas marşallardır. Onların bir çox vəzifələri var. Trek marşalları rəsmilər arasında ən çox məsuliyyət daşıyan şəxslərdir. Onların vəzifələrinə trekə daxil olub, onu qalıqlardan təmizləmək, təhlükədə olan avtomobilləri itələmək və qəzadan sonra ərazini təmizləmək daxildir. Bu işi görə bilmək üçün zirəklik, komandada işləmək qabiliyyəti, dözümlülük və təcrübə tələb olunur.

 

Bayraq marşalları:

Trek boyunca marşal məntəqələrində yarış iştirakçılarını bayraq vasitəsilə məlumatlandıran məsul şəxslərdir. Onların başlıca vəzifələri sürücülərlə bayraqlar vasitəsilə əlaqə quraraq, onları qarşıda olan təhlükə barəsində məlumatlandırmaq, qəza anında mövqeyində qalaraq yolda baş vermiş təhlükə barədə xəbərdar etməkdir.

 

Rəqəmsal bayraq marşalları:

Halqa boyu müvafiq mövqelərdə yerləşdirilib, digər bayraq marşallarının gördüyü işi  görürlər. Yeganə fərqləri  bayraq əvəzinə displeydən istifadə  etmələridir.

 

Startfiniş marşalları:

Yarışı başlamaq və bitirmək üçün damalı bayraqlardan, elektron vaxt tablolarından və digər vasitələrdən istifadə edirlər. Onlar startfiniş xəttində müxtəlif bayraqları (qara bayraq, mexaniki bayraqs.) göstərməyə görə cavabdehlik daşıyırlar.

 

Yanğınsöndürən və xilasetmə marşalları:

Yanğınsöndürmə üzrə geniş təcrübə əldə ediblər. Onlar tədbir zamanı bütün yanğın və xilasetmə işlərinə görə cavabdehlik daşıyırlar.

 

Tibbi marşallar:

Bu xidmətə həkim heyəti (həkimlər, orta təhsilli tibb işçiləri, tibb bacıları və s.), avadanlıq və nəqliyyat vasitələri, trekdə təxirəsalınmaz kömək, yaralıların daşınması, tibbi mərkəz, kommunikasiya sistemi, əvvəldən təyin olunmuş xüsusi xəstəxanalar  daxildir.

 

Texniki təftiş marşalları:

Bu təftiş marşalları gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış  avtomobilləri təftiş edərək təhlükəsizlik və uyğunluq tələblərinə cavab verdiyini müəyyən edir.

 

Pit və sıra düzülüşü marşalları:

Bu marşallar hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini və insanları yönləndirməkdir.

 

Bərpa üzrə marşallar:

Bu qrupa evakuator avtomobillərinin heyəti və onların köməkçiləri daxildir. Onların vəzifəsi tədbir zamanı və tədbirdən sonra sıradan çıxmış və hərəkətsiz qalmış avtomobilləri trekdən uzaqlaşdırmaqdır.

 

Kommunikasiya üzrə marşallar:

Rabitəçi və ya müşahidəçilər kimi tanınırlar. Onlar hər bir marşal postuna təyin edilir, baş verənləri müşahidə edir, yarışa nəzarət otağına xüsusi audio rabitə kanalları vasitəsilə  məlumat ötürürlər.

 

Hüdudlar üzrə marşallar:

Əsas vəzifəsi halqa boyu çətin vəziyyətdə qalmış sürücülərə kömək etmək və onları yubanmadan pitlərə aparmaqdır.

 

Logistika və marşalların təchizatı:

Onların vəzifəsi digər marşalları tədbirdən əvvəl və tədbir zamanı yemək, su, avadanlıq, dəftərxana məhsulları, radio qurğuları və geyimlə təmin etməkdir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.-21 iyun.- S.7.