Pilotlar yarışa, bolidlər trekə hazırdır
Bu gün Bakı daha möhtəşəm bir tədbirə - “Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edir. Sürətsevərlər planetin ən güclü 10 komandası və 21 pilotun əzmkar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər “Formula-1” treklərindən seçilir.
Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin qeydə alınacağı gözlənilir. Pilotların yarışacağı avtomobillər - bolidlər də tam hazır vəziyyətdədir. Pilotların yarışacaqları trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri şübhəsizdir.
Bu gün trasla
tanışlıq olacaq
Digər qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da reqlamentə əsasən bu gün hər biri 1,5 saat davam edəcək iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər. Şənbə günü səhər sürücülər bir saatlıq məşq keçəcəklər. Adətən, nahardan sonra sıralanma turu və ya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə, sürücülərin bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.
Azərbaycan Qran-prisinin
əsas yarış günü
İyunun 25-i isə Qran-prinin yarış günüdür. Sürücülər bir gün əvvəlki
sıralanma turunun nəticələrinə görə
startda yerlərini tuturlar.
Əvvəlcə sürücülər trasda
bir dövrə vuraraq təkərləri və əyləcləri qızdırırlar, dövrənin
tamamında isə yenidən start yerlərini
tuturlar. Yarışın direktoru Çarli
Uaytinqin xüsusi işarəsindən, yəni
5 qırmızı işığın
sönməsindən sonra
yarış başlayır.
Dövrənin uzunluğundan asılı
olaraq sürücülər
müxtəlif traslarda
müxtəlif sayda dövrələr vururlar.
Maşınların ölçüsündə
dəyişikliklər olunub
Bu il
“Formula-1” yarışlarının reqlamentində bir sıra dəyişikliklər
edib. Belə ki, keçən
illə müqayisədə
maşınların eni
artırılıb. Maşınların
maksimum eni təkərsiz 2000 mm-ə, korpusun
eni isə 1600 mm-ə
çatdırılıb. Maşının hündürlüyü əvvəlki
kimi saxlanılıb
(950 mm). Amma bolidin arxa oxundan sonra nəzarət
müstəvisindən 800 mm yüksəkdə heç
nə yerləşdirilə
bilməz. Ona görə
də arxa qanadın hündürlüyü
150 mm aşağı salınıb,
eni isə 950 mm-ə çatdırılıb. Ön qanadın da eni artırılaraq 1800 mm
olub.
Bolidin çəkisi
728 kiloqrama qədər
artırılıb
Yanacaqsız maşının minimal çəkisi
də artırılaraq
728 kiloqrama bərabər
olub. Çəki paylanmasında da
dəyişikliklər olunub.
Ön
328 kq, arxa isə 387 kq müəyyənləşdirilib. Yanacaq çənində 100 deyil,
105 kq yanacaq olacaq ki, bu
da havaya qarşı müqavimətin
artması nəticəsində
yanacaq sərfiyyatının
artması ilə bağlıdır. Əyləc disklərinin
qalınlığı 28 mm-dən 32 mm-dək artırılıb.
Təkərlər isə nəzərəçarpacaq
dərəcədə enlənib. Ön təkərlərin eni 305
mm-dək, arxa təkərlərin eni isə 405 mm-dək böyüyüb.
Disklə birlikdə
dolu təkərin eni 385 mm-dən, arxa təkərin eni isə 470 mm-dən artıq ola bilməz. Təkərin tam diametri sliklərdə
670 mm-i, yağış
təkərlərində isə
680 mm-i aşa bilməz.
Beləliklə, Odlar ölkəsində sürət festivalı başlayır. Yarışın sonunu Çarli
Uaytinq və ya xüsusi dəvət olunmuş qonaq damalı bayraqla bildirir. Damalı bayraq görmüş sürücü üçün
yarış başa çatmış sayılır.
Əvvəlcə qalib gəlmiş
sürücünün və
onun komandasının
şərəfinə təmsil
etdikləri ölkələrin
himnləri səslənir,
kuboklar verilir və şampan mərasimi keçirilir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2017.-23 iyun.- S.1.