Moldova Prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfəri
Rəsmi qarşılanma
mərasimi
Azərbaycan Respublikasında rəsmi səfərdə olan
Moldova Respublikasının Prezidenti
İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi
olub.
AZƏRTAC xəbər
verir ki, hər iki ölkənin
dövlət bayraqlarının
dalğalandığı meydanda
Moldova Prezidentinin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi
Moldova Prezidentinə raport
verdi.
Moldova Respublikasının
və Azərbaycan Respublikasının dövlət
himnləri səsləndi.
Prezident İlham Əliyev və Prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından
keçdilər.
Moldova Prezidenti
Azərbaycan əsgərlərini
salamladı.
Azərbaycan Respublikasının dövlət
və hökumət nümayəndələri Prezident
İqor Dodona, Moldova nümayəndə
heyətinin üzvləri
Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının
qarşısından keçdi.
Azərbaycan və Moldova prezidentləri
rəsmi foto çəkdirdilər.
Azərbaycan.- 2017.- 23 iyun.- S.1.