Prezident İlham Əliyevin və Prezident İqor Dodonun təkbətək görüşü
İyunun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodon ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, Moldova Prezidenti İqor Dodonu salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Xoş
gəlmisiniz. Əminəm ki, səfər
yaxşı keçəcək və ikitərəfli
münasibətlərin mühüm məsələlərini
müzakirə edəcəyik. Bir çox məsələlər üzrə
bütövlükdə fikir mübadiləsi
aparacağıq. İkitərəfli münasibətlərə
əhəmiyyətli dinamika vermək də
vacibdir ki, çox iş görmək
mümkün olsun. Sadəcə,
həm rəhbərlik, həm də nazirlər, bütün əməkdaşlar fəal
işləməlidirlər. Azərbaycana xoş gəlmisiziniz!
***
Moldova Prezidenti İqor DODON dedi:
-Hörmətli cənab Prezident. Mən çox şadam ki, Sizin dəvətinizlə
Azərbaycana bu rəsmi səfəri təşkil edə bilmişik. Bizim çox yaxşı ikitərəfli münasibətlərimiz
var. Biz may ayında ölkələrimiz
arasında diplomatik münasibətlərin qurulmasının
25 illiyini qeyd etmişik. Təəssüf ki, son 5 ildə
hökumətlərarası komissiyanın iclasını
keçirməmişik. Buna görə də
çox ümid edirəm ki, bizim görüşümüz
ikitərəfli münasibətlərimizə
yeni impuls verəcək. Çünki potensial çox böyükdür. Hələ ki,
bundan tam həcmdə
istifadə olunmur.
Moldovada çox böyük Azərbaycan diasporu var. Yüz illərdir ki, biz bir yerdə
yaşayırıq, onlar
özlərini Moldovada
yaxşı hiss edirlər. Azərbaycanda bizim diaspor daha
azdır. Biz dünən görüşmüşük,
təxminən 10-15 nəfər.
Lakin biz həmişə sülh və dostluq şəraitində yaşamışıq.
Mən ümid edirəm və əminəm ki, gələcəkdə
bizi daha yaxşı və gözəl nailiyyətlər
gözləyir.
Prezident
İlham ƏLİYEV: Çox
sağ olun.
Azərbaycan.-
2017.- 23 iyun.- S. 2.