Şəhidlərin xatirəsinə ehtiram
Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində iyunun 22-də Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Moldova Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Moldovanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycan
paytaxtının mənzərəsini seyr
edən Moldova Prezidentinə Şəhidlər
xiyabanının tarixi və Bakıda
görülən abadlıq-quruculuq işləri barədə
məlumat verildi.
Azərbaycan.-
2017.- 23 iyun.- S.2.