"Formula-1"in böyük turist axını

 

Xarici qonaqlar Bakının qonaqpərvərliyindən, Azərbaycanın inkişafından məmnundurlar

 

Artıq Azərbaycan dünyada turizm ölkəsi kimi tanınır. Şübhə yoxdur ki, son illərdə ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, xüsusən I Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları, Humanitar Mədəniyyətlərarası Dialoq forumları, eyni zamanda Azərbaycanın beynəlxalq turizm sərgilərində mütəmadi iştirakı ölkəmizin turizm potensialının təbliğinə əhəmiyyətli şərait yaratmışdır.

Azərbaycanda turizm sürətlə inkişaf edir. Keçən il turistlərin sayı 11 faiz, bu ilin 3 ayında 25 faiz artmışdır. Bunu indi gözlə görmək olar. Həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır. Bunun, əlbəttə ki, səbəbləri var. Bu, elə öz-özünə yaranan məsələ deyil. Son illər ərzində görülmüş işlər bax, bu vəziyyətə gətirib çıxarıb. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş, əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir”. Bu ifadələr Prezident İlham Əliyevə məxsusdur. Doğrudan da, son illər turizm iqtisadiyyatın əsas sektorlarından birinə çevrilərək sürətlə inkişaf etməkdədir. Cənab Prezidentin bu sahədə imzaladığı sərəncamlar, qəbul olunmuş dövlət proqramları bu inkişafa güclü stimul verməkdədir.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün ölkəmizdə turizmin geniş infrastrukturu yaradılmışdır. Azərbaycana gələn hər bir turist yaxşı bilir ki, burada istirahət üçün hər cür şərait mövcuddur. Həmçinin, “ASAN Viza”nın fəaliyyətə başlaması vizanın sadələşdirilmiş elektron yollarla əldə edilməsi turistlərin ölkəmizə axınına müsbət təsir göstərir.

 

Turistlər daha çox ilə maraqlanır?

 

Hazırda Azərbaycanın paytaxtı Bakıda “Formula - 1” Azərbaycan Qran-prisi keçirilir. Bununla əlaqədar şəhərimizdə turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bakı Bulvarı, xüsusən qədim İçərişəhər turistlərin daha çox olduğu yerlərdir. Ötən gün İçərişəhər ərazisində gəzişən turistləri müşahidə edə bildik. Bəlli oldu ki, onlar daha çox milli mətbəximizə, qədim tarixi abidələrimizə maraq göstərirlər. Gördük ki, şəhərdə ərəb ölkələri, Avropa Avstraliyadan olan turistlərlə yanaşı, MDB ölkələrindən gələnlərin sayı daha çoxdur. Xüsusən əvvəlki illərlə müqayisədə Rusiyadan Azərbaycana turist axını xeyli güclənib. Görünür, bu da rusların “Formula-1” yarışlarına olan böyük marağından irəli gəlir. Təsadüfi deyil ki, Bakıda keçirilən yarışlara bilet alan ölkələr arasında Rusiya ilk beşlikdə dayanır. Ən çox bilet alan digər ökələr isə İngiltərə, Ukrayna, Gürcüstan Birləşmiş Ərəb Əmirlikləridir.

Müşahidələrimiz zamanı turistlərin İçərişəhərin qala divarları, qədim arxitekturalı binaları, eləcə tarixi abidələri ilə maraqlandıqlarının şahidi olduq. Onlar ərazidəki Açıq Səma Altında Muzeyə, Karvansaraya, Qız qalasına, həmçinin qalanın yaxınlığında yerləşən “ABAD” sənətkarlıq mərkəzinə baş çəkirdilər. Tarixi küçələri gəzən turistlər yol kənalarındakı köşklərdə sərgilənən suvenirlər, milli mətbəximizə aid nümunələr, eləcə əllə toxunan xalça geyimlərlə maraqlanırdılar. Təbii ki, hər biri kiçik olsa nəsə almağa çalışırdı. Ən çox üzərində Azərbaycana, Bakıya aid elementlərin olduğu taxta, şüşə ya gipsdən hazırlanan kiçikölçülü suvenirlər alınırdı. Milli Azərbaycan papaqlarını başlarına qoyub şəkil çəkdirənlərə rast gəlirdik.

 

Şəhərdə turistlərin rahatığı təmin edilib

 

Onlar maraqla ətrafa baxır, az qala hər daşın, hər lövhənin üzərində yazıldığını çözməyə çalışırdılar. Bakının füsunkar sehirli bir şəhər olduğunu sezmələrini təəssüratlarında bölüşdülər.

Qazaxıstan vətəndaşı Vladimir Boqdan Bakıya birinci dəfədir gəldiyini dedi. Bundan əvvəl isə televiziya vasitəsilə ölkə şəhərimiz haqqında çox eşidib. Lakin deyilənləri gözləri ilə görməyi, müasir tarixi bir şəhəri əyani şəkildə görməyi onda çox xoş bir ovqat yaradıb. Bakı valehedici şəhər imiş. Gördüklərim, gözlədiklərimdən maraqlıdır. Burada sanki sehirli bir qüvvə var. Bütün daşlar, divarlar doğma görünür. Gəlib ziyarət etdiyim üçün özümü xoşbəxt hiss edirəm” - deyə turist bildirdi.

Fredo adlı meksikalı turist isə Bakıya “Formula-1” yarışlarını izləmək üçün gəldiyini dedi. O, Bakının heyrətamiz olduğunu bildirməklə yanaşı, “Formula - 1” çempionatının növbəti mərhələsinə evsahibliyi edəcək Azərbaycanın bu işin öhdəsindən uğurla gələcəyinə əmin olduğunu dedi. Onun sözlərinə görə, hava limanından başlayaraq, hər yerdə qonaqpərvərlik müşahidə edilir.

Rusiyalı turist Vladimr Karabayev hava limanına ayaq basan andan yüksək təşkilatçılığın qonaqpərvərliyin şahidi olduğunu bildirdi: “Formula-1”lə bağlı hazırlıqlar çox böyük peşəkarlıqla yerinə yetirilib. Bütün gözləntilərimiz özünü doğruldub. Bakı möhtəşəm şəhərdir. Buradakı gözəlliklər insanı yüksək əhvali-ruhiyyəyə kökləyir. Şəhərin müasirliyi qədimliyi isə insana ruh verir. Buraya ailəmlə gəlmişəm. İnanıram ki, geriyə yaxşı təəssüratlarla qayıdacağıq”.

Avstraliyadan olan Yakob Koetsier isə ölkəmizin əsrarəngiz təbiətinin, gözəl yeməklərinin, sevimli insanlarının olduğunu dedi. Onun sözlərinə görə, Bakı tarixi müasir arxitekturası olan valehedici şəhərdir. İnsanlar çox mehribandırlar. Hər kəs mənə salam verir, gülümsəyir. Bu da mənə xoş təsir bağışlayır”.

Əslində paytaxt Bakıda turistlərin rahatlığı təhlükəsizliyi üçün hər bir şərait yaradılıb. Şəhərimizin qonaqlarının istədikləri ərazini rahat gəzməsi üçün Bakının mərkəzi küçələrində üzərində ingilis dilində “Ask me” - “Məndən soruşun”, “We can help you” - “Sizə kömək edə bilərikkimi şüarlar yazılan bələdçilərə rast gəlmək olur. Belə bələdçilər İçərişəhərdə istənilən məsələ ilə bağlı turistlərin karına gəlirlər. Səbinə Məmmədova adlı bələdçinin dediklərinə görə, turistlər daha çox metroya, Karvansaraya, Qız qalasına ya filan hotelə necə getməklə bağlı suallar verirlər.

Bir məqamı da qeyd edək ki, İçərişəhərdə Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsi Karvansara Restoran Kompleksinin birgə layihəsi əsasında kompleksə gələn turistlər üçün kulinar ustad saatları keçirilir. Aşpazlar tərəfindən milli mətbəximizin ən ləzzətli təamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilir, daha sonra iştirakçıların hər birinə öz əlləri ilə qutabın bişirilməsi üçün şərait yaradılır. Bütün bunlar qonaqlar tərəfindən maraqla qarşılanır. Layihə zəngin Azərbaycan mətbəxinin təbliği müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etmək məqsədi daşıyır.

 

Çempionatın qlobal televiziya auditoriyası 515 milyon nəfərdir

 

Böyük Britaniyanın Formula Money jurnalı çox maraqlı araşdırma aparıb - araşdırmanın məqsədi “Formula-1” yarışının təşkili ilə həmin yarışın keçirildiyi ölkəyə turist axınının artımı arasında asılılığı müəyyən etmək olub. Jurnalistlər BMT-nin 2010-cu ilin sonunda bu ya digər ölkəyə səfər etmiş turistlərin sayı barədə məlumatlarına əsaslanıblar. Beləliklə, “Formula-1” mərhələsinin keçirilməsindən ən böyük səmərəni Malayziya əldə edib. 1999-cu ildə Sepanqda keçirilən ilk yarış ilində ölkəyə 5,6 milyon turist səfər edib, 2010-cu ildə turistlərin sayı 24,6 milyona çatıb. Beləliklə, turist artımı 342,8 faiz təşkil edib. Reytinqdə ikinci yeri Çin tutub - ilk yarışın baş tutduğu 2004-cü illə müqayisədə 2010-cu ildə turistlərin sayı 22,7 milyon nəfər artıb. Hətta artıq təqvimdə olmayan Türkiyə yarışdan səmərə qazanıb - 2005-ci illə müqayisədə 2010-cu ildə turist axını 60,5 faiz artıb. Debüt yarışından sonra Abu Dabiyə turist axını 4,8 faiz, Koreyaya isə 12,5 faiz çoxalıb.

Formula Money-nin bildirdiyinə görə, 2011-ci ildə çempionatın mərhələlərini 3,4 milyon tamaçaşı izləyib, amma ən çox artım Sinqapur, Şanxay, Kuala Lumpur Abu Dabidə qeydə alınıb, çünki mətbuat TV məhz bu yarışları daha geniş işıqlandırıb. Çempionatın qlobal televiziya auditoriyası 515 milyon nəfər təşkil edir.

Təkcə bu faktların olması onu göstərir ki, Azərbaycan da “Formula-1” yarışlarına evsahibliyi etməklə həm böyük turist axınını qazanır, həm ölkənin dünyada təbliği istiqamətində yüksək nailiyyətlər əldə edir.

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.- 2017.- 24 iyun.- S. 9.