Azərbaycan Respublikasının dəniz nəqliyyatı
işçilərinə “Əməkdar mühəndis” fəxri
adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Həsənov Şəmistan Hüseyn oğlu
Qurbanov Taqət Allahqulu oğlu
Rəcəbov Eldar Həsən oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 23 iyun
2017-ci il
Azərbaycan.- 2017.-24 iyun.-
S.4.