“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, tarix və mədəniyyət abidələrinin təhlükəsizliyini, həmçinin onların funksional təyinatının və memarlıq-estetik görünüşünün qorunması işinin təşkilində çevikliyi təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹12, maddə 1563; 2016, ¹12, maddə 2066; 2017, ¹2, maddə 181) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.1.23-cü yarımbəndində “abidələrin mühafizə zonasının yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir” sözləri “abidələrin mühafizə zonalarını müəyyən edir” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-24 iyun.- S.6.