“Dərman vasitələri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 359-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 70, ¹ 11, maddə 1046; 2009, ¹ 6, maddə 397, ¹ 12, maddələr 948, 949; 2010, ¹ 7, maddə 600; 2011, ¹ 4, maddə 259; 2013, ¹ 4, maddə 356; 2015, ¹ 2, maddə 84, ¹ 4, maddə 365; 2016, ¹ 11, maddə 1787; 2017, ¹ 1, maddə 10) aşağıdakı məzmunda 4.8-ci maddə əlavə edilsin:
“4.8. Normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel
2017-ci il
Azərbaycan.- 2017.-24 iyun.-
S.5.