“Müdafiə tədbirlərinin
həyata keçirilməsi ilə bağlı xərclərin
ödənilməsi məsələləri üzrə Cinayət
mühakimə icraatı iştirakçılarının
müdafiəsi haqqında 28 noyabr
2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” 2016-cı il sentyabrın 16-da Bişkek şəhərində imzalanmış Protokol təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 may 2017-ci il
Azərbaycan.- 2017.-24 iyun.- S.5.