“ABAD” BMT-nin Dövlət Xidmətləri Forumunda təqdim olunub

 

İyunun 22-23-də Niderland Krallığının Haaqa şəhərində “Gələcək İndidir: 2030 Gündəliyi naminə Dövlət Xidmətləri Sahəsində İnnovasiyanın Sürətləndirilməsi” mövzusuna həsr edilmişBMT-nin Dövlət Xidmətləri Forumukeçirilib.

Forumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Forumun keçirilməsində məqsəd səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin keçirilməsi olub.

Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Tədbiri BMT-nin iqtisadisosial məsələlər üzrə baş katibinin müavini Vu Honqbo və Niderlandın daxili və krallıq əlaqələri naziri Ronald Plasterk açıq elan edərək Forumun önəmindən, müasir dünyanın innovasiyalarla irəli getdiyindən, qabaqcıl təcrübələrin bölüşülməsinin vacibliyindən bəhs ediblər. Daha sonra Haaqa şəhərinin meri xanım Pauline Krikke iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin müasir çağırışlardan irəli gələn obyektiv zərurət olduğunu qeyd edib.

Forum çərçivəsində “İş yerlərinin yaradılması və rifahmövzusunda təşkil olunmuş birinci paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, bu islahatların tərkib hissəsi olan “ABAD” publik hüquqi şəxsin uğurlu fəaliyyəti barədə geniş təqdimat edib.

“ABAD”ın Azərbaycanda ailə bizneslərinin və ailə brendlərinin inkişaf etdirilməsinə yönəlmiş təşəbbüs olduğunu və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçikorta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosial yönümlü layihələri olduğu bildirilib. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Həmçinin səfər çərçivəsində BMT-nin Baş katibinin siyasi əlaqələndirmə və qurumlararası işlər üzrə köməkçisi Tomas Qass, Niderlandın daxili və krallıq əlaqələri naziri Ronald Plasterk, Uqanda Respublikasının dövlət xidmətlərinin naziri Muruli Mukasa, İndoneziya Respublikasının idarəçilik və bürokratik islahatlar naziri Asman Abnur, Əfqanıstan İslam Respublikasında təsis edilmiş “ASAN Khedmatin direktoru Şahzad Aryobi ilə ikitərəfli görüşlər keçirilib.

 

Azərbaycan.- 2017.- 24 iyun.- S.7.