Sürət həddi aşıldı

 

Planetin məşhur pilotları bir-birlərinə meydan oxudular

 

Bakıda dünyanın ən möhtəşəm sürət yarışı - “Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayıb. Dünyanın bir nömrəli avtomobil yarışının 8-ci mərhələsində planetin ən  güclü pilotları qalib adı uğrunda mübarizə aparırlar. Əsas yarış öncəsi pilotlarkomanda rəhbərlərində gərginlik özünü göstərməkdə idi. Belə ki, tanınmış pilotların və komanda rəhbərlərinin mətbuatda bir-birlərinə replikalar atması yarış öncəsi sürət həvəskarlarının böyük marağına səbəb olub.

 

“Mercedes”də qarşıdurma

 

Ötən mövsümMercedes” komandasında birgə yarışan ən məşhur pilotlar Niko RosberqLuis Hamilton arasında ciddi problemlər yaşanıb. Buna görə də Niko RosberqMercedes” komandası ilə vidalaşıb. İki sürücü 2013-2016-cı illərdə “Mercedes” komandasında birgə çıxış etmişbu müddət ərzində Hamilton iki, Rosberq isə bir dəfə titul qazanmışdı. Rosberq keçən il komanda yoldaşı Hamiltonla çətin mübarizədən sonra dünya çempionu tituluna yiyələnmişdi. Çempion olduqdan 5 gün sonra istefa verərək, “Formula-1” karyerasını başa vurmuşdu. İctimaiyyət düşünürdü ki, bu mübarizədə Hamilton daha aqressiv idi. Lakin Volff bu iddiaları təkzib edərək əsl araqarışdıranın Rosberq olduğunu demişdi.

Bu günlərdə “Mercedes” komandasının rəhbəri Toto Volff bildirib ki, Rosberq-Hamilton münasibətində aranı qarışdıran almaniyalı sürücü olub: “Keçən il komandada aranı qarışdıran sürücü artıq bizimlə deyil. O daha aqressiv idi. Niko rəqibinin sabit çıxışını pozmaq üçün əlindəki bütün silahlardan istifadə edirdi. Amma vacib bir şəxs onların münasibətinə ciddi formada təsir etdi. Bir idmançı olaraq yüksək səviyyədə işlədiyinizdə həssas olursunuz. O şəxs hər ikisinə də təsir edirdi”.

Niko Rosberq isə Toto Volffun onun haqqında dediyi sözlərə cavab verib: “Volfun barəmdə nə düşündüyünü çox yaxşı bilirəm. Buna görə də Britaniya mətbuatının yazdığı məqalələri, xəbərləri ciddiyə almıram. Hərdən internetdə yazılan xəbərlərə baxıram və şərhlər gülməlidir. Bu, mənə təsir etmir. Mən mübarizədə qalib gəlmişəm”.

 

Pilotlar arasında mübahisə

 

Bu arada daha bir qalmaqalScuderia Toro Rosso” komandasının sürücüləri arasında yaşanıb. Komandanın aparıcı pilotlarından Daniil Kvyat bildirib ki, Kanada Qran-prisində Karlos Saynzla mübahisə etdikdən sonra onunla işləməsi mümkünsüzdür. Rusiyalı sürücü deyib ki, sıralanma turundan sonra o, düz hərəkət etmirdi: “Məlumatlara baxdım və gördüm ki, hava kisəsindən heç nə qazanmamışam. İstəsə, özü də təhlil edə bilər. Onun atdığı sürətli dövrə ilə mənimkini müqayisə edin. Aradakı fərq sıfırdır. Eyni sürətə sahib idik və düzülüşdəki tempimiz eyni idi. Bunu hər yarışda  yer dəyişərək edirik. Strategiyamız belədir. Bir yarış arxada mən gedirəm, digərində o. Bakıda o mənim hava kisəmdən istifadə edəcəkdi, amma mən artıq belə işləmək istəmirəm. Əgər mənə sualı varsa, gəlsin buyursun. Əgər cəsarəti varsa, belə edər, amma yoxdursa, sizinlə danışar və mətbuata gizli mesajlar verər”.

İspaniyalı pilot Karlos Saynz isə bildirib ki, bu barədə artıq danışıblar və hər şeyi həll ediblər: “Bu barədə danışmaq istəmirəm. Hər şey komanda daxilində qalacaq. Mən fikrimi bildirdim. Orada haqsız olduğunu düşündüm. Bu barədə danışdıq. Hər şeyi həll etdik və xoşbəxtəm. Artıq bu barədə düşünmürəm”.

 

V.Bottas Hamiltona meydan oxudu

 

Mercedes” komandasının sürücüsü Valteri Bottas isə deyib ki,  üçqat dünya çempionu olan komanda yoldaşı Luis Hamiltondan heçgeri qalmır. Finlandiyalı sürücü Rusiyada karyerasının ilk qələbəsini qazansa da, digər yarışlarda Hamiltona qarşı üstün olmaqda çətinlik çəkib: “Luis ilə tempimiz çox yaxındır. Aramızda heç bir fərq yoxdur. Bəzi komponentlərdə onu üstələyirəm. Özümə güvənirəm. Bəli, o, uzun illərdir ki, komandadadır və ola bilər ki, məndən daha təcrübəlidir. Amma bu onunla eyni tempdə getməmək üçün bəhanə deyil. Luis kimi sürücü ilə komanda yoldaşı olmaq çətindir. O çox sürətlidir və mənim inkişaf etməyimə çox kömək edir. Buna görə də xoşbəxtəm. Geridə qalan yarışlara nəzər salanda çox inkişaf etmişəm. Ümid edirəm ki, bundan sonra sürətlənərək gözəl nəticələr almağa davam edərəm”.

 

McLaren Hondada ayrılıq mesajları

 

Haas F1 Team” komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Stoffel VandornMcLaren Hondada xoşbəxt deyil. Belçikalı sürücü “Formula-1”dəki ilk tam mövsümündə komanda yoldaşı Alonsoya qarşı mübarizə aparmaqda çətinlik çəkir. Vandorn mövsümün ilk 5 yarışının sıralanma turunda ikinci sessiyaya qala bilmədiyi halda, Alonso 4 dəfə ikinci, bir dəfə isə son sessiyaya qala bilib.

Maqnussen 25 yaşlı sürücünün yaşadığı problemlərə təəccüblənib: “Niyə problem yaşadığını bilmirəm. Qətiliklə deyə bilərəm ki, xoşbəxt deyil. Əks halda Fernandoya yarım saniyə uduzmazdı. Bu, məni təəccübləndirir. Daha yaxşı ola bilərdi. Yaşadıqlarını başa düşə bilirəm. Əlində çox yaxşı fürsəti var. Onun güclü sürücü və nəyə qadir olduğunu bilirəm. Fərqli səbəblərə görə problem yaşayır, lakin vəziyyət daha da pisləşə bilər”.

Beləliklə, pilotlarkomandalar daxilində narazılıqlar Azərbaycan Qran-prisinin daha maraqlı və gərgin keçəcəyindən xəbər verir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.-25 iyun.- S.6.