E.O.Əmirbəyovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin
köməkçisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyun 2017-ci il
Azərbaycan.- 2017.-25 iyun.- S.2.