Sloveniya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Borut Pahora
Hörmətli cənab
Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik
Günü münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi,
ölkələrimiz arasındakı
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı daim xalqlarımızın mənafelərinə
xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Sloveniya xalqına
daim əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 22 iyun 2017-ci il.
Azərbaycan.- 2017.-25 iyun.-
S.2.